Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Bizi Azərbaycana silah yardımı etməkdə günahlandırırdılar...“- Ərdoğan

Tarix 14.12.24, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə qlobal oyunun önəmli aktorlarından birinə çevrilib”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK partinin Kocaelidə keçirilən konresində bölgədə və dünyada baş verən hadisələr barədə danışarkən deyib.

Ərdoğan Türkiydəki müxalifət partiyalarının iqtidara qarşı iddialarının əsassız olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 22 ildə müxalifətin dəqiq mövqe sərgilədiyi demək olar ki, heç bir beynəlxalq hadisə yaşanmayıb.

Ərdoğan “onlar Rusiya-Ukrayna müharibəsində onlar sözün əsl mənasında səfərbər olublar ki, ölkəmizi bu münaqişənin tərəfi etsinlər” söyləyib.

Türkiyə lideri müxalifətin Azərbaycanla bağlı ittihamlarını da yada salıb: “Azərbaycan 30 illik işğaldan sonra Qarabağı xilas etmək üçün hərəkətə keçəndə, ən böyük əks reaksiya bizim müxalifətdən gəldi. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini çıxıb Türkiyəni Azərbaycana silah yardımı etməkdə günahlandırdı, guya bu cinayətdir”.

Ərdoğan CHP-nin eks-lideri Kamal Kılıçdaroğlunu da ittiham edib: “Yadınızdadırsa, o günlərdə CHP-nin devrilmiş lideri “Orta Şərq bataqlığı” deyə şərqşünas anlayışı uydurmuşdu. Özünün də nə demək olduğunu bilmədiyi bu konsepsiya vasitəsilə həm partiya bazasını, həm də ictimai rəyimizi zəhərləyərək nifrət toxumu səpdi. O, Türkiyəni könül və mədəniyyət coğrafiyasında qardaşlarından ayırmağa çalışdı, sanki bölgəmizdəki imperialistlərin dəyirmanına su tökürdü”.

Ərdoğan “22 illik hakimiyyətimiz dövründə əldə etdiyimiz siyasi, iqtisadi və diplomatik nailiyyətlər sayəsində Türkiyə indi bu qlobal oyunun mühüm aktorlarından birinə çevrilib” deyib. (modern.az)



Xəbərin oxunma sayı : 1393




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap