Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Marketlərdə aldatmalar başlayıb - Vətəndaşlara xəbərdarlıq

Tarix 14.12.24, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Qarşıdan yeni il gəlir. Bayram günləri vətəndaşların ən çox aldandığı zamanlardır. Bu mövzuda vətəndaşlara nə tövsiyə olunur? Vətəndaşlar nələrə diqqət etməlidir ki, qiymət və keyfiyyət cəhətdən aldanmasınlar?

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, tələbat çox olduqda biznes qurumları istehlakçılara mal satmaqla bərabər, onları həm də aldadır:
 
“Bu günlərdə saxta, istifadəyə yararsız mallar insanlara satılır. Xüsusən ərzaq mallarında insanlar diqqətli olmalıdır. Burada əsas məsələlərdən biri rəfdəki qiymətlə kassadakı qiymətin fərqli olması amilidir. Yəni qiymət rəfdə aşağı, kassada isə yuxarı olur. Bu geniş yayılmış istehlakçı problemlərindən biridir. Təəssüflər olsun ki, bu məsələlərə nəzarət etməli olan dövlət qurumu prosesləri izləməklə kifayətlənir. Belə hallar olduqda vətəndaşlar aldanmamaq üçün sonda mütləq çekə, kartla ödəniş edilibsə də mobil tətbiqə baxsınlar. Əgər çekdəki mallarla alınan məhsullar üst-üstə düşmürsə, çekin və məhsulların yerində şəklini çəksin. Prolemi yerində həll etmək istəyirsə, müdiriyyəti çağırsın. Yaxud da vətəndaş fəallığı göstərmək istəsələr, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq çəkdikləri fotoları oraya göndərə bilərlər. Eyni zamanda həmin qurumun "qaynar xətti"nə də şikayətlərini çatdıra bilərlər”.

E.Hüseynovun sözlərinə görə, dövlət qurumları əgər bu işə nəzarət edərsə, həmin dükanları ciddi cərimələr gözləyir:

“Xüsusilə kartla ödəniş zamanı istehlakçılar problemlər yaşayır. Bu zaman hətta istehlakçıya almadığı mal satılır. Məsələn, bununla bağlı sonuncu şikayət marketdə alınan tərəvəz yerinə bahalı ekzotik meyvənin qiymətinin vurulması ilə bağlıdır. Əgər istehlakçı buna diqqət etməsəydi, baha qiyməti də ödəyib evinə gedəcəkdi. Həmin çek Azad İstehlakçılar Birliyinə göndərilib. Belə hallarda istehlakçı çox diqqətli olmalıdır. Vətəndaşlar çeki uzun müddət saxlasınlar, xüsusən də malların yararlılıq müddətinə diqqət etsinlər”.



Xəbərin oxunma sayı : 790




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap