Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Arxeologiya və Antropologiya İnstititunun baş hüquqşünası niyə işdən çıxarılıb?

Tarix 14.12.24, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası Fəxrəddin Gözəlov işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, rəhbərliyin qərari ilə razılaşmayan Fəxrəddin Gözəlov AMEA ilə Arxeologiya və Antropologiya İnstitutunu məhkəməyə verib. 

Onun iddia tələbi işə bərpa olunması ilə bağlıdır. 

Birinci instansiya məhkəməsi hüquqşünasın iddiasını təmin etməyib. Fəxrəddin Gözəlov qərardan apellyasiya şikayəti verib. 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

İş hakim Xəyal Sarıyevin icraatındadır. 

Fəxrəddin Gözəlov 2011-ci ildə də işdən çıxarılıb. Həmin vaxt yayılan məlumatlarda onunla İnstitutun o zamanki direktoru Maisə Rəhimova arasında mübahisə yarandığı iddia edilirdi. 10 ildən çox davam edən məhkəmə çəkişməsindən sonra Fəxrəddin Gözəlov nəhayət işinə bərpa olunmuşdu. Onun bu dəfə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Fəxrəddin Gözəlov ötən il Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi ilə gündəmə gəlmişdi. Adıçəkilən şəxslər mənimsədə ittiham edilirdi. Səbuhi Hüseynovla Gülüstan İsayeva mediaya açıqlamalarında Fəxrəddin Gözəlovu ittiham edərək hüquqşünasın onlara şər atdığını bəyan etmişdilər.

Fəxrəddin Gözəlov isə onların ittihamlarının əsassız olduğunu bildirmişdi. 

Bu qalmaqal baş verəndə AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. 



Xəbərin oxunma sayı : 703




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap