“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

ABŞ Ukrayna danışıqlarından çıxmağa hazırlaşır - Rubio açıqladı

Tarix 18.04.25, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


“Bu, daim sürə bilməz, ABŞ-nin başqa prioritetləri var”

Belə görünür ki, Donald Tramp administrasiyası Ukrayna mövzusundan çəkilmək və işğala məruz qalmış ölkəni Rusiya ilə baş-başa buraxmaq niyyətindədir. 

ABŞ Dövlət katibi Marko Rubionun dediyinə görə, ABŞ Rusiya və Ukrayna arasında razılığın əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, bir neçə gün ərzində sülh razılaşmasına vasitəçilik etmək cəhdlərini dayandıracaq.

Rubio bu bəyanatı dünən axşam Parisdə Aİ və Ukrayna nümayəndələri ilə görüşdən sonra verib. 


O qeyd edib ki, Donald Tramp sülh sazişinin bağlanmasında maraqlıdır, lakin onun bir çox başqa prioritetləri var və irəliləyiş əlamətləri olmasa, bu prosesdən çəkiləcək: "İndi biz elə bir nöqtəyə gəlirik ki, bunun mümkün olub-olmamasına qərar verməliyik. Ona görə də hər iki tərəfi cəlb edirik. ...Biz bu işi həftələr və aylarla davam etdirmək fikrində deyilik. Ona görə də biz indi çox tez, yaxın günlərdə müəyyən etməliyik ki, yaxın bir neçə həftə ərzində bu mümkün olacaq, ya yox. Əgər mümkündürsə, biz işin içindəyik, deyilsə, bizim başqa prioritetlərimiz var və onlara səfərbər olmalıyıq”.

Rubio vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün əldə edilməsi məsələsinə “çox vaxt və enerji sərf edir”, lakin dünyada baş verən bir çox başqa mühüm hadisələr də var: “Biz faydalı olmaq üçün əlimizdən gələni etmək istəyirik. Dünən yaxşı görüş keçirdik. Düşünürəm ki, fransızlar, britaniyalılar, almanlar çox konstruktiv, çox faydalı oldular. Və ümid edirəm ki, gələn həftənin əvvəlində başqa bir görüş keçirəcəyik. Sonra irəliləyiş əldə etməyə nə qədər yaxın olduğumuza dair daha konkret cavablarımız olacaq. Amma bu, əbədi olmayacaq".

Rubio həmçinin bildirib ki, Avropa sanksiyalarının ləğvinin yekun sülh razılaşmasının bir hissəsi ola bilməsi üçün Aİ ölkələri Ukrayna danışıqlarında iştirak etməlidir: "Rusiyaya qarşı sanksiyaların bir hissəsi Aİ-nin tətbiq etdiyi sanksiyalardır. Biz onları ləğv edə bilmərik”.

Rubionun sözlərinə görə, ABŞ hökuməti hər iki tərəf sülhə sadiq olarsa, Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır: “Əgər hər iki tərəf sülhün əldə olunmasında ciddidirsə, o zaman biz kömək etmək istəyirik”.

Ukraynaya təhlükəsizlik təminatının verilməsi imkanlarını şərh edən Rubio bildirib ki, bu məsələ, Ukrayna ilə bağlı hər görüşdə gündəmə gətirilir, lakin hələlik heç bir konkretlik yoxdur: "Hər bir müstəqil ölkənin özünü müdafiə etmək hüququ var. Ukraynanın da özünü müdafiə etmək hüququ olacaq... Bunlar müxtəlif ölkələrlə ikitərəfli sazişlər ola bilər".

Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyadan onun atəşkəs təklifinə “bu həftə” cavab verəcəyini gözlədiyini bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə indiki mərhələdə atəşkəs barədə danışığı qeyri-real adlandırıb. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Ukrayna danışıqlarından və ümumiyyətlə, Ukrayna mövzusundan çəkilməyə hazırlaşır. Elə Kremlə və Putinə də lazım olan budur…(Azpolitika)



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap