“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTO

Tarix 14.04.25, 12:11

Font ölçüsü : - / +
bitmap-img6


Suriyada türkmən mənşəli generala yüksək vəzifə verilib. Modern.az-ın məlumatına görə, Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusunun məşhur generalı Fehim İsa Suriya müdafiə nazirinin müavini, eyni zamanda Şimali Regionun Komandanı vəzifəsinə təyin olunub.

Fehim İsa Suriyanın strateji əhəmiyyət daşıyan şimal bölgəsinin təhlükəsizliyindən məsul olacaq.

Türkmən əsilli generalın qərargahının Hələb şəhərində yerləşəcəyi bildirilir.

General Fehim İsa Suriya türkmənlərinin tanınmış hərbi liderlərindən biridir. O, Suriya Milli Ordusunun önəmli bir hissəsini təşkil edən Sultan Murad Diviziyasına rəhbərlik edib. Siyasi dairələrdə, xüsusilə də Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə yaxınlığı ilə tanınır. Mətbuat onun daha əvvəl Bağçalıya etdiyi rəsmi ziyarətlə gündəmə gəldiyini xatırladır.

Fehim İsanın yüksək vəzifəyə təyin olunması Suriya lideri Əhməd əş-Şaranın Türkiyəyə son səfərindən sonra həyata keçirilib. Bu səbəbdən təyinat Suriya-Türkiyə münasibətlərinin gələcəyi baxımından da simvolik əhəmiyyət daşıyır.

Qeyd edək ki, yeni hökumət açıqlananda türkmən icmasının heç bir nümayəndəsinin nazir postuna gətirilməməsi ictimaiyyətdə narazılığa səbəb olmuşdu. Fehim İsa Suriyanın yeni hakimiyyəti dövründə yüksək dövlət vəzifəsi tutan ilk türkmən rəsmi kimi tarixə düşüb.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

1428407

1428408





Xəbərin oxunma sayı : 532




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap