![]() |
|














İnsanlara nur bəxş edən fədakar insan və dəyərli alim - Zərifə Əliyeva
Tarix 15.04.25, 7:12 |
|

Xalqımız hər il aprelin 15-də tanınmış oftalmoloq-alim, Ümummilli Liderimiz Heydər Əliyev ailə ocağının qoruyucusu Zərifə xanım Əliyevanın anım gününü qeyd edir. Zərifə xanım baharda doğulmuş, baharda da dünyasını dəyişmişdi. Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü. O bu gün də onu tanıyanların qəlbində qayğıkeş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır.
Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Milli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndərin inam və etibarını hər addımında doğruldurdu.
Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək insani keyfiyyətlər nəsildən-nəslə qanla keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan akademik Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etdi. Bu təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdi.
Zərifə xanımın təbabətə gəldiyi illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən rayonlarda bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. Zərifə xanım həmkarları ilə birlikdə bölgələri gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara işıq bəxş edirdi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasının əsasını təşkil edirdi.
Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işlərlə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəsti-xətti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabilliyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı.
Zərifə xanım gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, sanballı tədqiqatları ilə Azərbaycan elminə töhfələr vermişdir. Bu sahədə əvəzsiz xidmətlərinə görə Azərbaycanın "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. Xəstələrinə, ümumiyyətlə ehtiyacı olan hər kəsə yardım əli uzadır, çalışırdı ki, bunu başqaları hiss etməsin. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada müalicə alan xəstələrə xüsusi diqqətlə yanaşır, evdən yemək, geyim gətirirdi ki, onlar ailədən uzaqda olduqlarını hiss etməsinlər. O, ehtiyacı olana yardım əli uzadır, hamının qəlbinə yol tapmağı bacarırdı. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi. Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın- Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin kədər hissi keçiririk. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və o, səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlərlə əbədi olaraq xatirələrdə, xalqın yaddaşında daim yaşayacaqdır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. Zərifə xanım Əliyevaya bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir.
Arzularımızın həyata keçməsi üçün bir alim, insan ömrü yetməyə bilər. Lakin bir alimin xalqın gələcəyi naminə gördüyü hər hansı bir iş, söylədiyi bir fikir, yazdığı bir əsər onun tarixdə əbədi yaşamasına kifayətdir. Akademik Zərifə Əliyevanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları onu əbədi yaşar, ölməz edir.
Firəngiz Cəfərova
Xəbərin oxunma sayı : 715
Sosial
Xəbərlər
-
Günəbəxan emalı sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Temperatur 29 dərəcəyədək yüksələcək - Sabahın havası
-
Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
-
Mərkəzi Banka yeni direktor təyin edildi - FOTO
-
Leyla Əliyeva Vyetnamda muzeydə - FOTOLAR
-
Bu idarələrə yeni müdir müavinləri təyin edildi - FOTOLAR
-
Təmirə görə bu yollar bağlanıb - Sürücülərin diqqətinə!
-
Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək - FOTO
-
“Avant Group“ MTK ağacları kütləvi kəsdi - Cinayət işi açıldı
-
İrandan PUA ilə 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
-
Hidayət Heydərov millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək
-
“Meyxanaçılar gənclərin tərbiyəsini pozur“ - VİDEO
-
Leysan olan gün evdən qaçıblarmış - Aygünün atası danışdı
-
Hövsanda evdə partlayış - Ölən və xəsarət alan var
-
Beyləqanda daha bir küçədə asfaltlanma işləri yekunlaşdı - Fotolar
-
Tramp əmr verdi - ABŞ-da bayraqlar endirildi
-
İntensiv yağışdan sonra bu yolda təhlükəli vəziyyət yaranıb - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Qalatasaray“lı ulduzun yeni klubu bilindi - Anlaşmanın detalları
-
Aprelin 23-də Londonda Ukrayna üzrə danışıqlar keçiriləcək - Zelenski
-
Vəkil olmaq istəyənlərin nəzərinə! - İmtahan tarixi açıqlandı
-
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib - Prezident
-
Xırdalanda sahibsiz itlər iki nəfərə xəsarətlər yetiriblər - VİDEO
-
“ABŞ-İran danışıqları çox yaxşı gedir” - Tramp
-
Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib - Sırski
-
“Mask vəzifəsindən getmək istəyir” - ABŞ nəşri
-
Prezident İlham Əliyev Çinin “Sinxua“ agentliyinə müsahibə verib - TAM MƏTN
-
Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib - FOTOLAR
-
16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?
-
“Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər“ - Peskov
-
Səhiyyə Nazirliyində saxta sənəd qalmaqalı - Şöbə müdirləri haqqında yeni qərar verildi
-
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edildi - Agentlikdə dəyişiklik
-
“Abi” hoteli bağlandı - Çoxsaylı nöqsanlar aşkarlanıb (VİDEO)
-
“Pasxa atəşkəsindən sonra hərbi əməliyyatlar yenidən başlayıb“ - Putin
-
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazir bağçılıq və heyvandarlıq təsərrüfatları ilə tanış oldu - Fotolar
-
Vahid Mustafayevə məxsus mağazadan 85 min manatlıq saat oğurluğu - Əcnəbilərə hökm oxunub
-
“Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlandı - Fotolar
-
Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
-
Türkmənistanda gətirilən pomidorlarda virus aşkarlandı - RƏSMİ
-
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu
-
Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
-
Kəmaləddin Heydərov Naxçıvanda qəbul keçirdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəxslərə 2,5 min manat veriləcək - Sərəncam
-
Çobanın qızı sevdiyi oğlanı evə dəvət etdi: “Dedim, pəncərədən içəri gir“
-
Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib - “Pişik Günel”
-
“2025-ci ildə neftin qiyməti aşağı və dəyişkən olaraq qalacaq“ - Proqnoz
-
Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulub - RƏSMİ
-
“Beynəlxalq Bank“ və “Kapital Bank“ “dollar əmanətləri“ ilə oynayır - Vəkil elə faktları yazdı ki...
-
Ödəmə terminallarından silsilə oğurluqlar edən şəxslər saxlanılıb - VİDEO
-
Hava şəraiti fermerlərə də ziyan vurub - 76 müraciət var
-
Yarım milyon manatlıq dələduzluq ittihamı: “İlin ən uğurlu iş xanımı“nın məhkəməsi davam edir
-
“Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” - Prezident
-
Arkadi Qukasyan Bakıda məhkəmədə: “O zaman Xocalıda faciənin miqyasını bilmirdik...“
-
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - FOTO
-
Siyavuş Novruzova nə olub? - 3 aydır parlamentə gəlmir
-
Emin Ağalarov “Rolls-Royce”la qəzaya düşübmüş - VİDEO
-
Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
-
Yeni Roma Papası kim olacaq? - Namizədlərin adları məlum oldu
-
Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...
-
“Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib” - Paşinyan
-
“Məni və ailəmi qoruyun, yoxsa gec olacaq“ - Qənirə Ataşova
-
Tikilməkdə olan Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu - VİDEO
-
Abbasbəyliyə nazirlikdə vəzifə verildi - Nazirin müşaviri vəzifəsini icra edəcək
-
Bakıda anbarda baş verən yanğın şiddətləndi - Yollar bağlandı
-
Xəstəlik vərəqi ilə bağlı yenilik: DSMF-yə göndəriləcək
-
Təhlükəli driftlər edən taksi sürücüsü həbs olundu - FOTO
-
Nazirdən yeni təyinatlar - Regional təhsil idarələrinə yeni müdirlər təyin olundu
-
“AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?” - FOTO
-
“Daha iki il bu cür hallarla qarşılaşmağa hazır olmalıyıq” - Eldar Əzizov
-
“Rus ordusu Pasxa atəşkəsinə sadiq qalmayıb” - Zelenski
-
Həmin ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
-
Tanınmışlar tərəfindən reklam olunan onlayn kazino - VİDEO
-
Sığortalı evlərə dəymiş zərər nə zamandan ödəniləcək? - VİDEO
-
DTX-dən yeni əməliyyat - Xaricdə gizlənən şəxsi ölkəyə gətirərək həbs etdi
-
Uşaqları öpərkən diqqətli olun, təhlükəli virusa yoluxa bilər - XƏBƏRDARLIQ
-
ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - “Wall Street Journal”
-
Bakıda şadlıq evinin qarşısında mübahisə baş verib - Polis müdaxilə edib
-
Sarıcalı və Ballıcaya növbəti köç - Fotolar
-
“Bakıya məsul məmurlar “Təbiət” fənnindən kəsildi” - İTV+Video
-
Kommunal xidmətlərin qiymətləri artırılacaq - Açıqlama
-
Binəqədidə obyekt yanıb - Yanğında maşınlar da yanıb + VIDEO
-
“ABŞ ilə danışıqlar səmərəli ola bilər“ - İranın XİN başçısı
-
Uşağa pul göstərib sonra oğurlayıbmış - Video
-
“Şərurlu İsfəndiyar“ın oğlu həbs olunub? - Qalmaqallı iş adamı gah ikibaşlı açıqlama verir, gah da “yalandır“ deyir
-
İmtahana mobil telefon və “ağıllı” saatla girdilər - xaric edildilər
-
Bakıdakı dəhşətli yanğından - Görüntülər
-
“Kənd toyuğudur“ deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARI
-
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi - FOTO
-
DİN antinarkotik təbliğatı ilə bağlı sosial çarx hazırladı - VİDEO
-
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb - FOTO
-
Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı
-
Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
-
İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
-
Ölkəyə gətirilən avtomobillərin təxminən yarısı hibriddir - Kəskin ucuzlaşma var
-
Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - Rəsmi açıqlama
-
Suraxanıda yüksəkgərginlikli elektrik xətlərinin altında evlər tikilir - FOTOLAR
-
Giriş məlumatlarınız oğurlana bilər - Dövlət Vergi Xidməti
-
Buzovnada binanın damı təmir edilmir - Mənzillər suyun içindədir (VİDEO)
-
Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib - SƏNƏD
-
Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb - Azərbaycan Ordusunda ilk
-
Azərbaycanda böyrəyini satan şəxs DANIŞDI: “45-50-dən aşağı vermərəm“
-
Bakının bu rayonlarında söküntü başlayır - VİDEO
-
Ukraynada vəziyyət nizamlanmaya doğru gedir - Tramp
-
General korpus komandiri təyin olundu - Akif Pirverdiyev kimdir?
-
“Praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər“ - Nazirlikdən “plastk cərrahlar“a sərt xəbərdarlıq
-
Mehriban Əliyeva “Sea Breeze“də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb - VİDEO
-
“Real Madrid“ Xabi Alonsodan əl çəkmir - “Bayer Leverkuzen“ “qiymət oxudu“
-
Bilgəhdə dəbdəbəli villa satılır - 12 milyon manata (FOTOLAR)
-
İcra Hakimiyyəti 150 minlik ağac və kol alır - Qalib şirkət kimindir?
-
Məhkəmədə Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib - FOTOLAR
-
Azərbaycanda yeni fırıldaq növü yayılıb: “Kabus toxunuşu” - DİQQƏT
-
Tutduğu Ukrayna əraziləri Moskvanın nəzarətində qalır, sanksiyalar yumşaldılır - ABŞ-nin “SÜLH PLANI“
-
BŞTİ-də yeni təyinatlar - Hüseynova əmr imzalayıb + FOTO
-
“Fevralın 25-26 da Xocalıda idim...” – “Onların qətlə yetirilməsi əmrini Vanik verib”
-
Sən dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
-
ABŞ Ukrayna danışıqlarından çıxmağa hazırlaşır - Rubio açıqladı
TOP 10
ARXİV