![]() |
|














“Sabah”dan Elvin Camalovla bağlı - Qalmaqallı açıqlama
Tarix 09.04.25, 23:47 |
|

“Sabah” sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı rəsmi açıqlama yayıb.
AzFakt.com-un məlumata görə, açıqlamada qeyd olunur ki, “Sabah”ın baş məşqçisinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olub.
Bu müraciətlər hazırda “Neftçi”ni təmsil edən və klubun keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir.
Bununla əlaqədar olaraq, klub rəsmi mövqeyini açıqlamağı vacib hesab etdiyini bildirib.
Məlumatda qeyd olunub:
“Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” FK ilə “Neftçi” FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda “Neftçi” FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.
Bu təklif futbolçumuzun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq bu təklifdə israr edib. Bu isə onun hərəkətlərinin məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.
Xüsusilə vurğulamaq istərdik ki, sözügedən futbolçunun “Sabah” FK ilə mövcud müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Şübhəsiz ki, uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt isə onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır”.
Açıqlamada həmçinin bildirilib: “Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik. Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında "Sabah" FK və "Neftçi" FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib. Üstəlik, sözügedən futbolçunun komandamızın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk.
Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, "Neftçi" FK rəsmi şəkildə "Sabah" FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur.
"Sabah" FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Biz Azərbaycan futbolunda bu kimi mənfi halların, o cümlədən potensial danışılmış oyunların qarşısının alınması istiqamətində AFFA-nın səylərini tam şəkildə dəstəkləyirik.
Bununla yanaşı, "Sabah" FK bu bəyanatdan əvvəl "Neftçi" FK rəhbərliyi ilə əlaqə saxlayıb. İki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Ümid edirdik ki, oyunçu məsuliyyəti öz üzərinə götürərək baş verənlərə görə üzr istəyəcək və məsələ ictimai müzakirəyə çıxarılmadan həll ediləcək. Bu məqsədlə açıqlama verilməmişdən öncə kifayət qədər vaxt tanındı. Lakin cavabın olmaması səbəbindən klub, futbol ictimaiyyətində rezonans doğuran bu hadisə ilə bağlı rəsmi açıqlama verməyə məcbur oldu.
"Sabah" FK daim ədalətli rəqabəti, klublar arasında şəffaf münasibətləri və mövcud müqavilələrə hörmət göstərilməsini müdafiə edir. Şəffaf və dürüst rəqabət prinsiplərinə əməl etməyin bütün futbol ictimaiyyətinin ortaq məqsədi olmasına inanırıq”.
Xəbərin oxunma sayı : 1387
İdman
Xəbərlər
-
Röya idman zalında etdiyi məşqlə təəccübləndirdi - VİDEO
-
“Qarabağ”ın legioneri Səudiyyə Ərəbistanı klubuna gedəcək? - İDDİA
-
Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO
-
Nəsimi rayonunda binaların həyətində aparılan yenidənqurma işləri yarımçıq qalıb - VİDEO
-
“Yello Bank”-a etibar azalıb, əhali pulunu geri çəkir - ARAŞDIRMA
-
Sürücülük vəsiqəsi ilə bağlı qaydaların dəyişməsi vacibdir? - Açıqlama
-
ABŞ iki aya qoşunlarını Suriyadan çıxaracaq - KİV
-
3 ay əvvəl direktor təyin edilmişdi, işdən çıxarıldı - Yerinə baş həkim gətirildi
-
Dolların çöküşü başlayıb - İlin ən aşağı qiymətinə satılır
-
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
-
Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində - Fotolar
-
İranla razılaşma yalnız nüvə proqramının tam ləğvi halında mümkündür - Uitkoff
-
Türkiyə nümayəndə heyəti Qarabağ Universitetində olub - VİDEO+FOTO
-
“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - Fotolar
-
Mehriban Əliyeva qızı ilə körpələr evində - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Bakıya leysan yağacaq
-
Ruben Vardanyan Bakıda növbəti məhkəmə iclasında... - FOTOLAR
-
Azərbaycanda futbol mərclərinin monopolistləri: “Milsi” və “Topaz” və ya Rövşən Nəcəfin təhdidi...
-
“Biz nə həddən çox nikbin, nə də bədbinik“ - Xamenei
-
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət olundu - Azad edilməsi üçün
-
Ağstafa RİH hər il təmir üçün pul ayrır, yollar isə bərbad vəziyyətdədir - VİDEO
-
Son 10 ildə ölkədə doğum 60 faiz azalıb - Təbii artım hələ davam edir...
-
“Zıraat Bank Azərbaycan“ çökür? - Xalis mənfəət azalıb
-
Məktəbdə işləyən katibənin çılpaq videosu yayıldı, gözətçi direktora hücum etdi - TƏFƏRRÜAT
-
Prezident Maliyyə Nazirinə yeni müavinlər təyin etdi - ƏƏSMN-dən Maliyyə Nazirliyinə transferlər
-
Nazirliyin keçmiş əməkdaşı: “Cavan olmuşam, buraxın, gedim“ - MƏHKƏMƏ
-
Avtomobildə 29 kq narkotik aşkarlanıb - VİDEO
-
Bakıda ekoloji qaydaları poazn şirkətlər - Araşdırma aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Prezidentdən bələdiyyələrlə bağlı Fərman - Ləğv edildi
-
Soyuq hava ilə bağlı istilik təminatı bir neçə gün daha davam edəcək - “Azəristiliktəchizat”
-
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub - SİYAHI
-
“NATO İttifaq dövlətinə hücum etsə, ilk olaraq Polşa və Baltikyanı ölkələr zərər çəkəcək“ - Narışkin
-
“Uçan taksi”nin sürücüsü dövlət xəstəxanasını bəyənmədi - Özələ gedir
-
Sahil Babayev "Şapka Mamed"i vəzifəsindən kənarlaşdırdı - İdarə Heyətinin yeni tərkibi təsdiq edilib
-
“Paşinyanın Moskvaya səfəri Avropa İttifaqı və ya digər məsələlərlə bağlı deyil“ - Simonyan
-
Binəqədi rayonunda qansuz yaşayış binası inşa edlib - FOTOLAR
-
Metropoliten əməkdaşlarının maaşı niyə artırılmayıb? - Açıqlama
-
Daha bir binada narazılıq: Tikinti şirkəti sakinlərə hədə-qorxu gəlir (VİDEO)
-
Üç ayda neft hasilatı 400 min ton azalıb - DSK birinci rübün yekunlarını açıqladı
-
Xanlar Ağalarovun qurumunda nöqsan: Palata Baş Prokurorluğa müraciət etdi
-
Azərbaycanda qadınların sayı sürətlə azalır - Rəsmi statistika
-
Suraxanı rayonunda qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib?
-
Bakıda evə atəş açıb videosunu “Yetim Sabir”ə göndərdilər - Kriminal hesablaşmanın ilginc TƏFƏRRÜATI
-
Maştağa qəbristanlığı su altında qalıb - Məzarlar yararsız vəziyyətə düşdü (VİDEO)
-
Şəxsi kabinetə giriş “Digital Login”lə olacaq - I sinfə qəbulda yenilik
-
“Paramount Baku”nun fəaliyyəti dayandırıldı - VİDEO
-
Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? - SİYAHI
-
Naxçıvanda 46 milyonluq pozuntu - Materiallar Baş Prokurorluq və DTX-yə göndərilib
-
Bakıda tikinti şirkəti ilə vətəndaşlar arasında kompensasiya narazılığı - VİDEO
-
Tramp bu məhsullara da rüsum tətbiq edir - 25%
-
Qusarın baş memarının biznes imperiyası...- SƏNƏD
-
Zəngəzur dəhlizinin tikintisi tamamlanır - VİDEO
-
“Fransanın ikiüzlü siyasəti davamlı sülhə mane olur” - Rəsmi Bakı
-
Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə - VİDEO
-
“Martin ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib” - Azad Məmmədli
-
Şəhid atasını aldadıb pulunu oğurladılar - VİDEO
-
Əhalinin nəzərinə - Bu gündən dayandırılacaq
-
Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olan alim
-
İnsanlara nur bəxş edən fədakar insan və dəyərli alim - Zərifə Əliyeva
-
Akademik Zərifə Əliyevanın anım günüdür
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azarkeşlər stadion almaq üçün milyonlar topladılar - Aksiyaya rəqibin prezidenti də qoşuldu
-
Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənlik ideyalarını təbliğ etməsi ifşa olunub - MƏHKƏMƏ
-
Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını ancaq bu yolla almaq olar - AÇIQLAMA
-
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər - Tramp açıqladı
-
Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
-
Toy biznesində mafiyalaşma - Nura Suridən şadlıq sarayları haqda iddialar
-
“ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb“ - Ağ Ev
-
Mərkəzi Bank valyuta hərraclarının nəticələrini buna görə açıqlamır - SƏBƏB
-
9 yaşlı qızına cinsi zorakılıq edən sevgilisini bıçaqlayıb - Məhkəməm
-
Ən populyar mobil hökumət tətbiqləri bunlardır - SİYAHI
-
Azərbaycanda neft hasilatı 5%-dən çox azaldı - Son məlumatlar
-
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir
-
Zərifə xanım Əliyeva - gözlərə nur bəxş edən alim
-
Yeniyetmə qızı döyüb videoya çəkdilər - DİN araşdırır
-
“200 min manatımı dələduzlara vermişəm“ - Pərvin Abıyeva
-
Bakının bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? - SİYAHI
-
Şikayət ediblər, indi məhkəməyə gəlmirlər - Biri İstanbulda, digəri Dubayda...
-
Daxili İşlər Nazirliyi əhaliyə bir daha xəbərdarlıq edib - Kartlarla bağlı
-
Narkotik qəbul edib avtomobil sürdü - Həbs edildi
-
İntiqam Babayev vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
Azərbaycanda 1.2 milyonluq maşını kimlər alır? – “Ölkədə rəsmi milyonçu yoxdur, amma...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi - Milyonluq zərərlər ödəniləcək
-
“Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi“ - Artur Abramyan
-
Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı
-
“Ermənistanın yaydığı məlumat yalandır“ - Müdafiə Nazirliyi
-
Növbəti iki gün rayonlarda leysan aramsız olacaq - XƏBƏRDARLIQ
-
“Əmlak eksperti” olan saxta generala - 8 il 6 ay həbs verildi
-
Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü - FOTO
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq
-
ABŞ-İran danışıqları Avropaya daşınır - İkinci görüş Romada olacaq
-
Baş nazirdən hava şarları ilə bağlı - QƏRAR
-
“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“
-
Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
-
Sakinlər səs-küydən şikayət etdi - Obyektlər cərimələndi - Video
-
Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
-
Əlcəzair Fransanın 12 diplomatını qovdu - Qalmaqal
-
Ukrayna böhranı Baydenin müharibəsidir - Donald Tramp
-
Növbəti iki gündə Bakıda leysan yağacaq - Xəbərdarlıq
-
Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTO
-
Prezident Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul etdi - FOTO
-
“Əvəz Zeynallı ilə bağlı suallar bu quruma ünvanlanmalıdır” – Penitensiar Xidmətdən açıqlama
-
Binalardakı qanunsuz artırmalar söküntü zamanı mübahisələrə səbəb olur - VİDEO
-
“Gördüm ki, küvəz ortadan yanır“ - MƏHKƏMƏ
-
Taksi sürücülərinin iş saatı və qrafiki olmalıdırmı? - VİDEO
-
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO
-
ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
-
Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var
-
“Uçan taksi“nin sürücüsü ilk dəfə danışdı - Narkoloji testin cavabı açıqlandı
-
Əsgərlikdən yeni gəlmişdi - Faciəvi şəkildə öldü
-
Beyləqanda daha bir küçə asfaltlanır - FOTOLAR
-
Vaxtından əvvəl yetişdirilən meyvələrin təhlükələri - VİDEO
-
Qazaxın işğaldan azad olunan kəndlərindən GÖRÜNTÜLƏR
-
Həkim məsləhəti olmadan dərman qəbulunun ağır fəsadları ola bilər - VİDEO
-
Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?
-
Leyla Əliyeva növbəti “Bizim həyət” sakinləri ilə - Fotolar
TOP 10
ARXİV