“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycanda 1 milyondan baha satılan maşınlar kimindir? - SİYAHI

Tarix 14.04.25, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Son rəsmi məlumatlara görə, 2023-cü ildə ölkədə 66 "Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, 8 yeni "Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə "Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır.

"Rolls-Royce”dən başqa 2024-cü ildə ölkədə yüksək qiymətə digər maşınlar da satılıb – 35 ədəd "Jaguar", 15 ədəd "Bentley" və s.

Maraqlıdır, bu dəbdəbəli avtomobillərin sahibləri kimlərdir?

Azərbaycanda "Rolls-Royce”, "Bentley” və "Jaguar” kimi lüks avtomobillərin sahibləri barədə məlumatlar məhdud və əsasən ictimaiyyətə açıq deyil. Lakin bəzi hallarda bu avtomobillərin sahibləri ilə bağlı məlumatlar mediada yer alır.

AzFakt.com sfera.az-a istinadən xəbər verir ki, bu avtomobillərin sahibləri arasında tanınmış şəxslər və iş adamları yer alır.

Azay Möhnətov - AF Holdinq Şirkətlər Qrupunun prezidenti və "AF Hotel Aqua Park"ın sahibi


2025-ci ilin əvvəlində Bakıda məhkəmə qərarı ilə müsadirə edilərək hərraca çıxarılan 99-AF-009 dövlət nömrə nişanlı "Rolls-Royce Ghost" avtomobilinin sahibi iş adamı Azay Möhnətov olub.

Azərbaycanda "Rolls-Royce" markasının rəsmi distribütoru isə "Rolls-Royce Motor Cars Baku"dur. Bu şirkət "İmprotex Motors MMC”yə aiddir və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Hüseyn Həsənov - Bloger və iş adamı


Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Bakıya səfəri zamanı parlaq göy rəngdə, üstü açılan, iki oturacaqlı "Lamborghini" markalı lüks avtomobil alıb. Həsənovun șəxsi qarajında "Lamborghini Urus" (548 min manat), "Rolls-Royce Cullinan" (685 min manat), "Lamborghini Aventador" (550 min manat),”Mercedes-AMG G63" (822 min manat) və Dubaydan aldığı "Bugatti Chiron Super Sport" (təxminən 6.8 milyon manat) kimi bahalı avtomobillər mövcuddur.

Faiq Səfərov - "KiA Motors” Azərbaycan Șirkətinin prezidenti


Bakıda 90 AZ 030 dövlət nömrə nişanlı "Lamborghini Gallardo" avtomobilinin "KiA Motors" Azərbaycan şirkətinin prezidenti Faiq Səfərova məxsus olduğu bildirilmişdi. Lakin Faiq Səfərov bu iddiaları təkzib edərək, avtomobilin ona məxsus olmadığını, yalnız bir dəfə idarə etdiyini deyib.

Süleyman Əliyev -"SAS" inşaat MTK-nın rəhbəri

Bakıda "Lamborghini" markalı avtomobilin səsboğucu sisteminə kənar müdaxilə olduğu səbəbilə saxlanıldığı və bu avtomobilin "SAS" İnşaat MTK-nın rəhbəri Süleyman Əliyevə məxsus olduğu bildirilmişdi.

İsfəndiyar Axundovun nəvələri


Bakıda baş verən bir qəza zamanı "Ferrari" markalı avtomobilin 10 VV 200 dövlət nömrə nişanı ilə qeydiyyatda olduğu və bu nömrənin "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun nəvələrinə məxsus olduğu bildirilmişdi.



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap