“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Narkotik qəbul edib avtomobil sürdü - Həbs edildi

Tarix 14.04.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Salyanda avtomobili etibarnaməsiz idarə edən sürücünün narkotik aludəçisi olduğu aşkarlanıb.

AzFakt.com Baş DYP Idarəsinə istinadən xəbər verir ki, Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olan “VAZ” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edir.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi  təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

“Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, - qurumun məlumatında vurğulanıb.



Xəbərin oxunma sayı : 499




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap