“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Əmlak eksperti” olan saxta generala - 8 il 6 ay həbs verildi

Tarix 14.04.25, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


Ötən ilin fevralında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə həbs edilən Mirdaməd Əzizova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, M.Əzizov özünü daha çox əmlak eksperti kimi tanıdıb. O, yutub platformasında və digər resurslarda ekspert kimi çıxışlar edərək videolar paylaşıb. Bundan başqa, M.Əzizovun bir müddət əvvəl saxta general-mayor rütbəli forma ilə fotoları yayılıb.

İlkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının Müdafiə komitəsinin eksperti, beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim etməsi üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

İstintaq zamanı Mirdaməd Əzizovun bir neçə vətəndaşı aldadaraq onların MİDA layihəsindən mənzil almasını həll edəcəyinə dair vəd verməsi və 430 min manatdan artıq pulu dələduzluq yolu ilə alaraq ələ keçirməsi müəyyən edilib.



Xəbərin oxunma sayı : 496




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap