“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Tutduğu Ukrayna əraziləri Moskvanın nəzarətində qalır, sanksiyalar yumşaldılır - ABŞ-nin “SÜLH PLANI“

Tarix 18.04.25, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Rusiya ilə Ukrayna arasında sülh üzrə planını təqdim edib.

APA xəbər verir ki, bu barədə məlumatı “Bloomberg“ yayıb.

Bildirilib ki, sənəd ilk növbədə tərəflərin sülh razılaşmasını əldə etməsini yaxınlaşdırmaq üçün Rusiya tərəfinə tətbiq edilən sanksiyaların bir qədər yumşaldılmasını nəzərdə tutur.

Təkliflər paketi aprelin 17-də Fransa prezidenti Emmanuel Makronla ABŞ-nin danışıqlardakı təmsilçisi Stiv Uitkoffun müzakirə mövzularından olub. Eyni zamanda, ABŞ-ın dövlət katibi Marko Rubio onu təhlükəsizlik üzrə müşavirləri ilə nəzərdən keçirib.

Avropa İttifaqındakı (Aİ) mənbələr bildirib ki, Vaşinqtonun təklifinə əsasən, münaqişə bir il müddətində dondurulmuş sayılacaq, hazırda Rusiyanın nəzarətində olan Ukrayna əraziləri ətrafındakı vəziyyət isə dəyişməz qalacaq.

Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin də gündəlikdən çıxarılması nəzərdə tutulur.

O ki qaldı Rusiyanın aktivlərinin bu ölkəyə qaytarılması, Aİ ölkələri bu məsələdə hələlik ortaq məxrəcə gələ bilmir. Çünki bunun üçün yekdil mövqenin nümayişi zəruridir. Plan Rusiyanın da üzərinə müəyyən öhdəliklər qoyur. Onlardan biri rəsmi Moskvanın hərbi əməliyyatların dayandırılması ilə razılaşması ilə bağlıdır.

Təkliflər paketində planın həyata keçirilməsi üçün Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi zəruri müddəa kimi müəyyən edilib.

Bu arada, ABŞ-ın dövlət katibi Marko Rubio nəticə əldə edilməsə ölkəsinin ənənəvi siyasətini davam etdirəcəyi barədə açıqlama verib. Ondan fərqli olaraq, Vitse-Prezident JD Vens isə müharibəni başa çatdırılması məsələsinə nikbin yanaşdığını deyib.



Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap