Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Azərbaycan Dəmir Yolları“nda qanunsuzluq, yoxsa... - Departament rəhbəri məhkəməyə üz tutub

Tarix 06.01.25, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) insan resursları departamentinin rəhbəri Ceyhun Nağıyev inzibati məsuliyyətə cəlb edilib. 

Məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimələyib. 

Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Ceyhun Nağıyevə konkret olaraq hansı məbləğdə cərimə yazıldığı bəlli deyil. Bəlli olan odur ki, departament rəhbəri dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. 

Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Elməddin Hüseyn iş üzrə hakim təyin edilib(32gün).



Xəbərin oxunma sayı : 688




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap