Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir? - Açıqlama

Tarix 06.01.25, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara bir ay içərisində iki dəfə borc qəbzi göndərilməsi ilə bağlı paylaşımlar edilir.  

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar onlardan biraylıq ödənişin iki dəfə, qalıqlı şəkildə tələb edildiyini iddia edirlər. Belə bir halın ötən illərdə qeydə alınmadığını, yalnız ötən ilin sonu belə vəziyyətlə üzləşdiklərini əlavə ediblər.

Bəzi qaz istehlakçıları hətta ikinci qəbzdə qeyd edilən borcun onlara aid olmadığını, bunu araşdıracaqlarını da qeyd ediblər. 

Məsələ ilə bağlı “Azəriqaz” İB-nə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ilin son ayı olduğu üçün bildiriş vətəndaşlara iki dəfə göndərilir: “İki dəfə bildiriş göndərilsə də, bu, əslində bir ayın sərfiyyatıdır. Ayın 1-dən 15-nə, 15-dən isə 30-na qədər.

Bildiriş təbii ki, məcburi deyil. Abonent bunu bir ayın tamamında ödəməlidir. Yəni vətəndaşın istehlak olan qazın pulunu ödəmək üçün 30 gün müddəti var. 

Elə olur, əvvəldən ödəyirlər ki, rahat olsun. Sadəcə iki dəfə gəlməsi növbəti ilə çoxlu debitor borcdan çıxılmaması üçündür. Amma bu, məcbur deyil. İstəyən ödəyir, istəməyən isə növbəti aydan ödəyə bilir”.



Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap