![]() |
|














“Azərbaycan sülh prosesinə sadiqdir“ - Hikmət Hacıyev (MÜSAHİBƏ)
Tarix 16.09.23, 12:33 |
|

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqında Rusiyanın TASS agentliyinə geniş müsahibə verib.
"Report" müsahibəni təqdim edir:
-Hazırda Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin vəziyyəti necə qiymətləndirirsiniz? Yeni müharibə riski varmı?
-Bildiyiniz kimi, Azərbaycan və Ermənistan bizim tərəfimizdən təklif edilən və Ermənistanın qəbul etdiyi beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasına dair danışıqlar aparırlar.
Bu prinsiplərin təməl daşı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə belə iddiaların irəli sürülməməsi üzrə hüquqi öhdəliklərdir. Təəssüf ki, son zamanlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, - onların arasında xüsusilə bu ölkənin baş nazirinin sentyabrın 2-də Qarabağdakı heç kimin tanımadığı qanunsuz rejimi “müstəqillik günü” münasibətilə təbrik etməsini göstərmək olar, - sülh prosesinə ciddi zərər verdi.
Erməni rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü deklarativ şəkildə tanımasına baxmayaraq, əslində, Ermənistan hakimiyyətinin Ermənistan Respublikasının dövlət büdcəsindən bizim ölkənin ərazisindəki qanunsuz “separatçı xuntanı”, o cümlədən əsasən Ermənistan silahlı qüvvələrinin hərbçilərindən ibarət qeyri-qanuni hərbi birləşmələri maliyyələşdirməyə davam etməsi faktı da sülhə kömək etmir. Erməni hərbi birləşmələri, - sanki Ermənistanın 2020-ci ilədək bizim torpaqlarımızda basdırdığı bir milyondan çox mina onlara azmış kimi, - Ermənistanın bəslədiyi Qarabağdakı “boz zona”nın bütün perimetri üzrə ərazilərimizin kütləvi şəkildə minalanmasını həyata keçirir. Qeyd edilməlidir ki, Ermənistan minalardan azərbaycanlılara qarşı kütləvi qırğın silahı kimi istifadə edir – təkcə 2020-ci ilin 44 günlük müharibəsindən ötən dövrdə bizim 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub.
Daha bir ciddi təxribat sentyabrın 9-da Xankəndidə qanunsuz rejim tərəfindən qondarma “prezident seçkilərinin” keçirilməsidir. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, habelə region ölkələri növbəti dəfə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan və beynəlxalq normalara zidd olan bu “seçkilərin” tamamilə qanunsuz və qeyri-legitim olduğunu təsdiq etdi.
Həmçinin Azərbaycanın sülh prosesinə sadiq olması və Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtmasını gözləməsinə baxmayaraq, sərhəddə və Qarabağda erməni silahlı qüvvələri tərəfindən artan hərbi təxribatlar və diversiyalar da bizi narahat edir. Sualınıza cavab olaraq deyərdim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz erməni rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə inteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyini pozmamağa çağırırıq.
-Hazırda sülh prosesi hansı mərhələdədir?
-İndiki məqamda Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Ermənistan və erməni diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdə Azərbaycana qarşı genişmiqyaslı yalan informasiya kampaniyası başlayıb. Öz suveren ərazimizdə Azərbaycanı blokadada ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Ağdam yolunun Rusiya Qırmızı Xaç Cəmiyyətinin yükü üçün açılması bu cür iddiaların əsassız olduğunu göstərdi. Rusiya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri sayəsində Ağdam yolu açıldı. İndi biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüklərinin də eyni vaxtda iki marşrut – Ağdam və Laçın yolları ilə daşınacağını gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi bölüşür və tam dəstəkləyir.
İndi sülh prosesi üçün başlıca maneə Ermənistanın bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara-irqçi motivlərlə əsaslandırır. Qanunsuz rejim, həmçinin Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağda yaşayan erməni etnik azlığı arasında danışıqlara əngəl törədir, baxmayaraq ki, Bakı onları dəfələrlə bu təmaslara dəvət edib. Ermənistanın Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur.
-Bakı İrəvanla dialoqda hansı kompromislərə getməyə hazırdır?
-Biz nə Ermənistan, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir.
-Azərbaycan 2020-ci ildə olduğu kimi, yenidən güc tətbiq edə bilərmi?
-Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn normalarına uyğun hərəkət edir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq.
-2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmanın bəndlərindən biri olan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı vəziyyət necədir?
-Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir, çünki hesab edirik ki, sıx iqtisadi-ticari əlaqələr regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcək. Bu istiqamətdə böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk. Lakin hazırda nəqliyyat kommunikasiyalarının açılması üzrə Ermənistanla danışıqlarımızda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatın bəndlərindən biridir. Təxminən üç ildən sonra da bu bənd hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillik ərzində Azərbaycana qarşı işğalçı siyasət yeritməsi nəticəsində regiondakı nəqliyyat-logistika arxitekturasından kənarda qalan Ermənistanın özü üçün faydalıdır. Amma Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməkdən imtina edirsə və təcrid vəziyyətində qalmaqda davam etmək istəyirsə, onda Bakı gözləmək niyyətində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyətinin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğru hərəkət edəcəyik.
-Sizin zənninizcə, 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilik nə dərəcədə səmərəlidir?
- Yuxarıda xatırlatdığım kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, nəticələrə, o cümlədən sülh sazişinin imzalanması məsələsində beynəlxalq vasitəçilərin səyləri sayəsində tərəqqiyə kölgə salır. Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın razi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq. Bu, bizim daxili məsələlərin kənara çıxarılması cəhdinə, o cümlədən Qarabağdakı erməniəsilli vətəndaşlarımızın bizimlə qarşılıqlı fəaliyyətinə dair məsələlərin əhalinin bu qrupunun hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə beynəlxalq müstəviyə çıxarılmasına da aiddir. Onlar bizim vətəndaşlarımızdır və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Vacib olan odur ki, Ermənistan ölkəmizdə separatçılığın maliyyələşdirilməsi və qızışdırılması siyasətindən əl çəksin.
Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəldikdə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinə verdikləri töhfəni yüksək qiymətləndiririk. Öz fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabrında irimiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə mühümdür. Avropa İttifaqı və ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqlar prosesində hər bir trek öz-özlüyündə nadirdir və ən problemli məsələlər üzrə Bakı ilə İrəvan arasında dialoqun aparılmasına kömək edir.
-Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
-2022-ci il fevralın 22-də imzalanan ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir və onların inkişafına ciddi impuls verir. Münasibətlərimiz, hətta mövcud mürəkkəb geosiyasi şərtlərdə də möhkəmliyini qoruyub saxlayır. Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən çətin regional, o cümlədən regional məsələlərin region dövlətləri tərəfindən həllini nəzərdə tutan “3+3” formatında məsələləri həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu ilin birinci yarısının məlumatları əmtəə dövriyyəsində böyük artım olduğunu, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlayır və ölkəmizdə hər il olduğu kimi, şagird və tələbələrin rus dilində təhsil almasına böyük tələbat müşahidə olunur. Həm də rus dilinin öyrənilməsinə maraq ildən-ilə artır. Qeyd etməliyəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın yerinə yetirilməsi üçün bütün zəruri şəraiti yaradır.
Xəbərin oxunma sayı : 796
Müsahibə
Xəbərlər
-
Makrondan Le Pen qərarına ilk reaksiya: “Ədalət hamı üçün eynidir“
-
Sulu qar, yağış, dolu - Sabahın HAVASI
-
DTX-də peşə bayramı qeyd olundu - Fotolar
-
Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə - VİDEO
-
Vergi borcu olan şirkət Milli Məclisin 1 milyonluq tenderini udub - Maraqlı detallar
-
Bakıda jurnalistin evini yerlə-yeksan elədilər - Cinayət cidd-cəhdlə ört-basdır olunur (FOTOLAR)
-
Ermənistan sərhəddə yenə təxribata cəhd edir - Müdafiə Nazirliyi məlumat yaydı
-
Tramp komandasında yeni “Gmail” qalmaqalı - Məxfi materiallar paylaşılıb
-
“Azercell” mobil məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ
-
187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiqlənib - SİYAHI
-
“Millidə qruplaşmalar var” - Maksim Medvedev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Körpü Bina Tikinti”nin layihəsində faciə - İşçi yük maşınının altında qalıb
-
Ən varlı on qadından doqquzu sərvətlərini miras alıb - Təfərrüat
-
Sumqayıtda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti davam etdirilir - Aidiyyatı qurumlar isə susur...
-
İlham Əliyev Lü Tzyançaonu qəbul etdi - FOTO
-
Arvadının gözü qarşısında qadınlarla intim münasibətdə oldu, videoya çəkdi - TƏFƏRRÜAT
-
Tarix və Etnologiya İnstitutu 2 il ərzində texniki avadanlıqlara nə qədər vəsait xərcləyib? - ARAŞDIRMA
-
“Pilot-16” MMC vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı
-
Kamran Əliyev 6 rayondan vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü oldu - FOTO
-
Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli hakim qarşısına çıxarıldı - “Toplum TV“ işi
-
“Ermənistan bu iki şərtimizi qəbul etməlidir” - “Sülh müqaviləsinin mətni tam razılaşdırılıb”
-
“Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət səlahiyyətlərimiz xaricindədir“ - Rəsmi xəbərdarlıq
-
Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq - Almaniya Prezidenti
-
Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var - Prezident
-
Məktəblərdə tədris ili mayda bitəcək? - RƏSMİ
-
Ağdamda mina partladı - Xəsarət alan var
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək? - Deputat açıqladı
-
“Qurd Qapısı” restoranında antisanitariya - FOTOLAR
-
Bakıdakı uşaq sığınacağında virus yayılıb - Vəziyyətləri orta ağırdır
-
Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcıları açıqlanıb - SİYAHI
-
Turizm Agentliyində yoxlama - Detallar açıqlandı
-
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü başlayıb - FOTO
-
Almaniya Prezidenti ilə xanımı Şəhidlər xiyabanında - Fotolar
-
Sumqayıtda yataqxana binasında yanğın - VİDEO
-
İsrail ordusu Qəzzanı vurdu: 23 fələstinli həlak olub
-
“Mən heç vaxt izləndiyimi hiss etməmişəm“ - Taleh Qaraşov
-
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
-
Pərvin Abıyeva “Tiktok”a bu səbəbdən girmir: “Çox iyrənc şeylər gördüm”
-
Mülkiyyətçi söküntüyə razı deyilsə, tikinti şirkəti nə etməlidir? - VİDEO
-
Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların sayı artırılıb - VİDEO
-
“Azərbaycan BMT-də xüsusi qətnamə irəli sürüb” - XİN
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadəsi: Meyitləri çıxaranda yaralandım
-
“Nizami City” şirkəti sakinlərin rahatlığını pozur - ŞİKAYƏT/VİDEO
-
Yeni toy mövsümü başladı: 450 manata da menyu var
-
Almaniya Prezidenti Azərbaycana rəsmi səfərə gəldi - FOTO
-
“Bu olsa, “Nürnberq“lə müqaviləmin müddəti uzadılacaq“ - Emreli
-
Pakistan liderinin səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
-
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Apreldə güclü maqnit qasırğaları olacaq - PROQNOZ
-
Sabiq deputatın tikintisi dayandırıldı - FOTO
-
Heydər Əliyev Fondu şəhid ailələri ilə birgə - Fotolar
-
848 min ziyan ödədi, həbsdə qaldı - Müdafiə Nazirliyindən oğurluq işi
-
“Azərbaycan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı bütün məsələləri öz gücünə həll edir” - Adəm İsmayıl Bakuvi
-
“Trampın bu məsələdə siqnalını eşitməmişik” - Rusiya XİN
-
Çernobıl əlilini 34 saylı Notariatda aldadıb 32 min manatını ələ keçiriblər - VİDEO
-
“Ermənistan sülh gündəliyinə sadiqdir“ - Paşinyan
-
“100 manat cərimə, 2 bal” – Taksi sürücüləri işə çıxmaqdan imtina edirlər + VİDEO
-
Özünü nazirliyin vəzifəli şəxsi kimi təqdim etdi - 100 minlik dələduzluq
-
“Top Qapı”nın sahibi barədə inzibati icraat başladılıb - Fotolar
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rahib Məmmədov niyə həbs edilib? - Vəzifəli şəxslərlə münasibətlər...
-
2025-ci ildə uşaqlara daha çox hansı adlar verilib? - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - 42 milyonluq mənimsəmə işi
-
Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı - RƏSMİ
-
Sabahdan bəzi rayonlara sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Hacı Vəliyev 22 sutkalıq həbs olundu - Məhkəmədən qərar
-
“Kanal S”in yayımı 1 sutka dayandırıldı - Nigar Fərhada görə
-
Azyaşlıdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbs tələb edildi
-
Bu yerlərdə balıq tutmaq olmaz - YENİ QADAĞA
-
Xatirə geyiminə görə tənqid edildi - FOTOLAR
-
“Kəpəz“ MTK binanın damını söküb mərtəbə artırır“ - Yasamaldan şikayət
-
“Oğluma atasız qız almaram” deyən aparıcı haqda gerçək ortaya çıxdı - Öz qızı...
-
Bu ödənişi nağd edənlər cərimələnəcək - MƏBLƏĞ
-
İnterneti bağladığı üçün keçmiş arvadını döydü - Məhkəməlik oldu
-
Dövlət Su Ehtiyatları Agentliyinə 5 milyon ayrıldı - Sərəncam
-
Bu şəxslərə təqaüd veriləcək - Prezident pul ayırdı
-
Pezeşkianın müşaviri İlham Əliyevin qəbulinda - FOTO
-
Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək
-
Boşanmış ər arvadın mənzildən çıxara bilərmi? - Ali Məhkəmənin qərarı
-
“Mircəlal həkim dedi ki, get Aysel müəllimənin yanına, pulu ona ver” - Məhkəmə
-
Hacı Vəliyev saxlanıldı - Xuliqanlıqda ittiham olunur
-
Bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək - Qanunda dəyişiklik
-
Avropada qazın qiyməti kəllə-çarxa çıxdı - Artım 60%-i keçdi
-
Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu - Şikayəti əsassız sayılıb
-
Nazir Mədət Quliyevin kadrlarını işdən çıxardı - Yeni təyinatlar
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 15 məsələ var
-
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat
-
AZAL təyyarəsində qəza anında nələr yaşandı? - VİDEO
-
Ən varlı rusların sərvəti 11,5 milyard dollar artdı - “Bloomberg”
-
Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
-
Radar bəzi nömrələri niyə düz oxumur? - VİDEO
-
Türkiyə konstitusiyasını dəyişək! - Bağçalıdan növbəti tarixi ÇAĞIRIŞ
-
Bayram günləri 53 nəfər xilas edilib - Video
-
Ov mövsümü bitib, amma restoranlarda ov quşlarının ətindən yeməklər təklif edilir - VİDEO
-
Mövqelərimiz fasilələrlə atəşə tutuldu - RƏSMİ
-
Pərvinin leopart naxışlı geyimi - FOTOLAR
-
“Futbol əvvəllər başqa idman növü idi“ - Ançelotti yenə şikayətləndi
-
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - VİDEO
-
Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO
-
Meyvələrin qiyməti artacaq - Dəyişkən hava bazara necə təsir edəcək?
-
Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək
-
İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? - Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri
-
“Nigar Fərhadla bağlı tədbir görüləcək“ - Kanal S-in Baş direktor müavini
-
Milli Məclis sabah toplaşacaq - Gündəlikdə 15 məsələ var
-
“Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək“ - Donald Tramp
-
Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Mövqelərimiz yenə atəşə tutuldu - Erməni silahlı bölmələrinin təxribatları davam edir
-
Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır - VİDEO
-
Bəzi rayonlara leysan yağır - Faktiki hava
-
“Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir“ - İran XİN başçısı
-
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər - The Economist
-
Xaçmazın 4, Qubanın 1 kəndində yanğın çıxdı - FHN məlumat yaydı
-
67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar
-
“Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır“ - Ştaynmayer
TOP 10
ARXİV