Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Landmark”ın rəhbərliyi hərrac prosesindən narazıdır - Şikayət

Tarix 27.12.24, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, “Landmark” Biznes Mərkəzindən bildirilib ki, binanın hərraca çıxarılmasında haqsızlıq olub.

Belə ki, şikayətçi olan “Libra” MMC-dən (xarici şirkət) saytımıza daxil olan məktubda qeyd edilir ki, məsələ ilə bağlı qərəzli mövqe, haqsızlıq var və bu, hələ də davam edir.

Hazırda Cəmiyyətə məxsus “Landmark” Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Həmin Cəmiyyətin adı əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib.

“Libra” MMC-nin səlahiyyətli şəxsləri düşünür ki, cəmiyyət barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.

Şikayətdə bildirilib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır. 

Əlavə olaraq qeyd edilib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə “Libra” MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır. 

Sadalananlara əsasən, “Libra” MMC Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.



Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap