“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan və Gürcüstan bölgə və Avrasiya üçün önəmli ölkələrə çevrilib

Tarix 18.04.25, 7:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan hər zaman hər bir ölkə ilə sıx əməkdaşlıq, dostluq əlaqələri qurur. Bu münasibətlərdə qonşu ölkələrlə olan əlaqələr xüsusilə fərqlənir. Ölkəmizin ən sıx münasibət qurduğu ölkələrdən biri də Gürcüstandır. Bu iki ölkənin hər sahədə əməkdaşlığı uzun zamandır davam edir və zamanla əlaqələr daha da inkişaf edir və möhkəmlənir. Burada Gürcüstanın Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin seçkilərdən sonra  ilk dəfə məhz Azərbaycana səfəri bu əməkdaşlığın, dostluğun sağlam köklərə malik olduğunun sübutudur.
      
Bu, görüş zamanı Prezidentlər iki ölkə arasındakı münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ölkələr arasındakı dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini və bu münasibətlərin daha da möhkəmlənməsi barəsində müzakirələr aparıblar.
Azərbaycan Prezident İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili səfər çərçivəsində mətbuata bəyanatla çıxış ediblər. Belə ki, Prezident çıxışında iki ölkə arasındakı münasibətlərdən bəhs edib. Dövlətimizin başçısı qeyd edib: "Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır".
      
Prezident İlham Əliyev bildirib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.
      
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: "Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir".
      
Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir.  Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.
      
Prezident İlham Əliyev bildirdi ki: bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
      
"Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir", - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
      
Öz növbəsində mətbuata bəyanatında Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.
      
Gürcüstanın Prezidenti qeyd edib: "Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər".
      
Beləliklə, Azərbaycan Prezident İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bəyanatı dostluq, mehriban qonşuluq münasibətlərinin artırılmasına və yeni layihələrin davamlı olaraq həyata keçirilməsinə əsaslanmışdır.

Bəxtiyar Məmiyev



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap