“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz dəfn olundu - Fotolar

Tarix 18.04.25, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Bakıda dəfn olunub.

AzFakt.com xəbər verir ki, şəhidin qalıqları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. 1993-cü idlə Cəbrayıl şəhərində itkin düşüb.

***

Bu gün 32 ildən sonra qalıqları tapılan itkin kimi axtarışda olan şəhid Mirzəliyev Ələsgər Fərzalı oğlu ilə Cəbrayılda vida mərasimi keçirilib. 

AzFakt.com xəbər verir ki, şəhidlə vida mərasimi rayonun Cocuq Mərcanlı kəndində, onun qardaşı Bəyqulu Mirzəliyevin yaşadığı ünvanda keçirilib.

Mərasimində şəhidin yaxınları, kənd sakinləri, “N” saylı hərbi hissənin hərbçiləri hüquq mühafizə orqanlarının əməkdaşları və  rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Şəhid Ələsgər Mirzəliyev 1969-cu ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü dəstəyə qoşulub. 1993-cü ilin oktyabr ayında elə Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə həlak olub. Bugünə kimi Ə.Mirzəliyevin nəşi İmişli rayonu  Şəmmədli kənd qəbristanlığında naməlum əsgər kimi dəfn olunduğu məlum olub.  32 ildən sonra Ə.Mirzəliyevin nəşi tapılıb. 

Vida mərasimindən sonra şəhid Mirzəliyev Ələsgər Fərzalı oğlunun nəşinin qalıqları onun yaxınlarının dəfn edildiyi Lələtəpə qəbristanlığında torpağa tapşılırıb.

***

Qalıqları Ağdərə rayonunun  Artek kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş, sonradan şəhid olduğu məlum olan Samux rayon Qovlarsarı kənd sakini Münasib Mehdiyevlə vida mərasimi keçirilib.

Vida mərasimi şəhidimizin böyüyüb başa çatdığı Qovlarsarı kəndində baş tutub.  Mərasimində şəhidlərin doğmaları, rayon İcra Hakimiyyətinin rəsmiləri,  hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mehdiyev Münasib Namaz oğlu 1975-ci ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olub. M. Verdiyev 1992-ci ildə hərbi xidmətə yollanıb. Ağdərə rayonunda erməni daşnaqlarına qarşı fədakarlıqla döyüşüb. Həmin ilin iyul ayında itkin düşüb.1997-ci ildə onun şəhid olduğu məlum olub. Subay olan M. Mehdiyevə şəhidlik statusu verilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 418




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap