Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Bakı Qızlar Universitetində oğlan tələbələr təhsil alır? - VİDEO

Tarix 22.10.24, 9:02

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Qızlar Universitetində oğlan tələbənin təhsil aldığı barədə məlumatlar yayılıb.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Qızlar Universitetində oğlanların da təhsil alması ilə bağlı müzakirələr gedir. Kimisi qınayır, kimisi də haqq qazandırır. 

Məsələyə Bakı Qızlar Universitetinin Tədris işləri üzrə prorektoru Havva Avbullayeva aydınlıq gətirib. O bildirib ki, 33 yaşlı universitetin fəaliyyəti dövründə yanlışlıq ucbatından yalnız bir dəfə belə bir fakt baş verib.

Həvva Abdullayeva qeyd edib ki, tədris ocağı qızlardan ibarət təhsil müəssisəsi kimi təsis olunduğundan hətta universitetlərarası tələbə köçürülməsi zamanı da bu  məsələyə xüsusi diqqət yetirilir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə deyib ki, qəbul imtahanlarından sonra Bakı Qızlar Universiteti üzrə ixtisaslara oğlanlar elektron ərizələrini daxil edəndə sistem tərəfindən məhdudiyyət tətbiq edilir.

Dövlət İmtahan Mərkəzindən də "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Qızlar Universitetinin kontingenti yalnız qızlardan ibarətdir və orada oğlanlar təhsil almır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 



Xəbərin oxunma sayı : 259




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap