Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb

Tarix 22.01.25, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


"GL” Açıq Səhmdar Cəmiyyətinin (ASC) meneceri məhkəmə zalında həbs edilib. Buna səbəb menecerin öz çalışdığı müəssisədə rəsmi sənədləri saxtalaşdırması olub.

ASC bank olmayan kredit təşkilatıdır. ASC-nin Bakıda və bölgələrdə lombard kreditləri təklif edən bir neçə filialı var.

ASC-nin Şabran filialının meneceri olmuş Bəhram Orucəliyev ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirərək şəxsi ehtiyaclarına xərcləyib.

O, tanışlarının guya lombarda qızıl-zinət əşyaları qoyması ilə bağlı rəsmi sənədləri saxtalaşdırıb. Özündə olan qızıl-zinət əşyalarının fotosunu kredit sənədlərinin içərisinə yerləşdirərək baş ofisə göndərib. Sonra da onların adına ayrılan kreditləri şəxsən özü götürüb. Bununla da çalışdığı müəssisəyə 14 min manat maddi ziyan vurub.

O, bunun səbəbini son zamanlar maddi vəziyyətinin yaxşı olamaması ilə izah edib. Deyib ki, özünə kreditə ev alıb və ödənişini edə bilməyib. Buna görə də borclanıb.

ASC-nin baş ofisi araşdırma aparan zaman B.Orucəliyevin kreditlərin rəsmiləşdirildiyi tarixdə girov qoyulmuş qızılların çəkisi və növü barədə girova qoyulmuş qızıl aktlarına yalan məlumatlar daxil edilməklə adıçəkilən müştərilərə əsassız lombard krediti verildiyini müəyyən edib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

B.Orucəliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. /Musavat



Xəbərin oxunma sayı : 286




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap