|
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Dövlətin ayırdığı milyonlar: Gələcəyə yatırım, yoxsa transfer büdcəsi?
Tarix 06.09.24, 23:43 |
|
Məlum olduğu kimi, 2022/2023 mövsümündən başlayaraq klublarımıza dövlət tərəfindən 3 milyon manat yardım ayrılır. Sirr deyil ki, bir neçə klubumuzun ayaqda qalmasında məhz həmin pulların önəmi böyükdür. Düzdür, "Qarabağ", "Sabah", "Neftçi", "Zirə" kimi klubların etibarlı sponsorları və normal maliyyə dayaqları var. Onlar AFFA-nın vasitəsi ilə onlara çatan həmin pullardan bir neçə dəfə artıq məbləğ xərcləyirlər. Bununla belə, futbolun inkişafı məqsədilə ayrılan yardımdan sui-istifadə halları da mövcuddur. Sponsor tapmaq əvəzinə, gözünü 3 milyona dikib onunla dolanan, "bu günlə yaşayan" klublar var ki, üçüncü mövsümdür milyonları göyə sovurur...
Üç milyon necə xərclənməlidir? - RƏQƏMLƏR
Əslində, AFFA klublara ayırdığı dövlət yardımının xərclənməsi üçün bir neçə istiqamət müəyyənləşdirib. Üç milyon vəsait lisenziya qaydaları nəzərə alınaraq xərclənməlidir. Məbləğin yarıdan çoxu - 1 milyon 600 min manatı əsas komandaya sərf olunmalıdır. Daha doğrusu, yuxarı limit məhz göstərilən qədərdir. Buna baxmayaraq, bəzi klublar assosiasiyanın şərtlərindən gileylənir. Hətta ötən ilin martında keçirilən Klublar Komitəsinin iclasında bununla bağlı etiraz da baş vermişdi. AFFA yardımın legioner transferinə xərclənməsinə mane olmaq istəyir, klublar isə qadağanın onların fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirirdi. Əslində isə 1 milyon 600 min manatın əsas komandanın maaş büdcəsi kimi nəzərdə tutulduğu qeyd olunur.
Sözügedən məbləğin ikinci böyük hissəsi - 400 min manatı klubun uşaq futbolunun inkişafına, başqa sözlə, Akademiyanın fəaliyyətinə ayırılır. Bura əvəzedici komanda daxil deyil, çünki "dubl"un saxlanılmasına, çempionatda iştirak xərcləri üçün ayrıca olaraq 160 min yardım edilir.
Üç milyonun 300 mini infrastruktur lahiyələrin gerçəkləşdirilməsinə, habelə 50 mini qadın futbolunun inkişafına sərf olunmalıdır. Qalan 450-500 min manat isə digər xərclər (nəqliyyat, bilet, toplanış, marketinq, seleksiya, PR, SMM, müxtəlif FSR tədbirlərin keçirilməsi və sair...) üçün nəzərdə tutulur.
Əsas komandada maaş - 1 600 000 AZN
Akademiya - 400 000 AZN
İnfrastruktur - 300 000 AZN
Əvəzedici komanda - 160 000 AZN
Qadin futbolu - 50 000 AZN
Digər xərclər - 490 000 AZN
Onu da əlavə edək ki, klublardan hansısa bu vəsaiti təyinatı üzrə xərcləməsə, həmin komandanın balansına pul köçürülmür.
"Əlinin papağı Vəlinin başına qoyulur", əziyyətini uşaq komandaları çəkir
Burada əsas məqam odur ki, məbləğin xərclənməsinə birbaşa klub rəhbərləri özü nəzarət edir. Sadəcə, quruma hesabat verilməli, vəsaitin xərclənməsi üzrə istiqamətləri əks etdirən sənədlər təqdim olunmalıdır.
Bu gün büdcəsini məhz AFFA-nın verdiyi pul hesabına formalaşdıran klublar - "Sumqayıt", "Kəpəz", "Səbail", "Araz-Naxçıvan" 3 milyonun demək olar, hamısını əsas komandaya xərcləyir. Uzağa getməyək, hələ 10 gün sonra bağlanacaq yay transfer dönəmində "Qarabağ", "Sabah", "Zirə", "Neftçi" kimi iddialılar, büdcəsi 10 milyondan az olmayan klublar cəmi 7-8 transfer həyata keçirdiyi halda, elitada qalmaq uğrunda yarışanlar, uzağı ortabab statusu daşımağı qarşısına hədəf qoyanlar 10-15 futbolçunu heyətinə cəlb ediblər.
"Şamaxı" - 15
Gələnlər: İlkin Muradov ("Zirə"), Rauf Rüstəmli ("Sabah"), Bahadur Həziyev ("Səbail"), Rüfət Abbasov ("Neftçi"), Rafael Məhərrəmli, Adil Nağıyev ("Səbail"), Belaydi Pusi ("Turan Tovuz"), Brahim Konate ("Hapoel Afula", İsrail), Georgi Kantariya ("Nejmeh", Livan), Rikardu Fernandeş ("Toreens", Portuqaliya), Kamal Bayramov ("Turan Tovuz"), Lubeni Haukonqo, Fəxri Məmmədli ("Sabah"), Vasili Radenoviç ("QOSK Qabela", Bosniya və Herseqovina), Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq)
“Araz-Naxçıvan" - 12
Gələnlər: Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi"), Tərlan Əhmədli ("Turan Tovuz"), Turan Vəlizadə, Karlos Jatoba (“Politexnika Lasi”, Rumıniya), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor", Türkiyə), Bernardu Oliveyra Dias (“Uniao Torreense”, Portuqaliya), Felipe Santos, Ramon Maçado ("Sabah", Malayziya), Slavik Alxasov ("Turan Tovuz"), İssuf Paro ("Konkarno", Fransa)
"Kəpəz" - 11
Gələnlər: Nicat Süleymanov ("Araz-Naxçıvan"), Paulu Rojeriu ("Lenk Vilaverdense", Portuqaliya), Kərim Lkoça ("Santa Koloma", Andorra), Məmməd Hüseynov ("Zirə), Lassana Ndiaye ("Botev", Bolqarıstan), Redon Mihana ("Erzeni", Albaniya), İlkin Qırtımov ("Qəbələ"), Viktor Braqa ("Aqiya di Maraba", Braziliya), Orxan Əliyev ("Araz-Naxçıvan"), Keverton Resende Markolin ("Hersilio Luz", Braziliya), Rauf Hüseynli ("Qəbələ")
"Səbail" - 10
Gələnlər: Fərid Nəbiyev ("Turan Tovuz"), Əlirza Müştəbazadə ("Ağsu Difai"), Nahid Quliyev ("Qarabağ"), Vüsal Məsimov ("Kəpəz"), Amir Bilali ("Qostivar", Şimali Makedoniya), Dmitro Litvin ("Lusitaniya", Portuqaliya), Qorka Laruçça ("Etır", Bolqarıstan), Mert Çelik, Ayman Bualini ("Ümraniyespor", Türkiyə), Gitay Sofir ("Hapoel Akko", İsrail)
"Sumqayıt" - 8
Gələnlər: Rəhim Sadıxov ("Zirə"), Fernando Medeiros ("Eqnatiya", Albaniya), Slavişa Radoviç ("Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç ("Qoritsa", Xorvatiya), Sertan Taşkın ("Manisa", Türkiyə), Silvanus Nimeli (“Surxon Termiz”, Özbəkistan), Alan Dias, Miloş Miloviç
Hələ bura legionerlər üçün ödənilən rüsumu, bundan əlavə, müqaviləsi yenilənən futbolçuları, başqa sözlə, bütün heyətin məvacibini hesablasaq, maaş büdcəsindən qat-qat artıq məbləğ edir. Belədə həmin klublar infrastruktur və ya akademiya üçün ayrılan vəsaitə "əl qoymalı" olur. Sonda uşaq komandaları bunun əziyyətini çəkir. Məsələn, bu yay əsas sponsorunun maddi dəstəyindən məhrum olan "Səbail"in akademiyada köklü islahata əl atdığı barədə məlumatlar yayıldı və Bayıl klubu bunu təkzib etmədi. Dolayısı ilə klub məhz aşağı yaş qrupları üçün ayrılan pulun bir qisminin yeni legionerlərin alınmasına sərf olunduğunu boynuna almış oldu.
Uşaq futbolu əsas komandaların kölgəsində qaldığı, "boy atmadığı" üçün bu gün Azərbaycanda normal akademiya da yoxdur. Bir, uzağı iki istisna göstərmək mümkündür. Problem odur ki, maddi durumu yaxşı olan da, olmayan da nəticə arxasınca düşüb, futbolun gələcəyini düşünən yoxdur.
"Dövlətin ayırdığı subsidiya səviyyəsiz legionerlərə xərclənir"
Azərbaycanın tanınmış futbol mütəxəssisi, sabiq klub funksioneri, keçmiş beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun mövzu barədə fikirlərini öyrənməyi də vacib saydıq.
Tahir bəy Fanat.Az-a açıqlamasında "İnkişaf Strategiyası" və klubların ona yanaşması haqda düşüncələrini bölüşdü:
"Azərbaycan futbolunda illərdi qalaq-qalaq yığılıb qalmış və strateji həllini gözləyən problemlər arasında qaldırdıınz məsələ çox aktualdır. Azərbaycan - İsveç oyununda da qeyd olunan problem, keyfiyyətli yerli futbolçu qıtlığı dolayı və faktiki olaraq bir daha özünü əyani göstərmiş oldu. Dövlət klublara təmənnasız milyonlarla dotasiya ödəyir, bundan səmərəli istifadə etmək əvəzinə, vəsaitin böyük hissəsi legionerlərə xərclənir. Hər mövsüm, hətta altıaydanbir bir dəstə futbolçu gətirilir, yenidən yola salınır, başqaları ilə əvəzlənir. "Uşaq futbolu yoxdur" deməklə futbolçu yetişmir, gərək xüsusi proqramla hazılayasan ki, futbolçu qıtlığı aradan qaldırılsın, rəqabət yaransın, istedadlar üzə çıxsın, keyfiyyət artsın. Azərbaycanda futbolun İnkişaf Strategiyasının hazırlanması ilə bağlı AFFA-ya çoxsaylı yazılı təkliflər etmişəm, qaldırdığınız məsələ xüsusi bəndlərdə kompleks halda öz əksini tapıb. Tək Premyer Liqa deyil, l dəstə də buraya daxil edilməlidir. Dövlətdən ayrılan vəsaitlə elitada legioner alınmasına məhdudiyyət qoyulmalı, aşağı dəstədə isə ayrılan maliyyə ilə legioner alışına ümumiyyətlə qadağa qoyulmalıdır. Legionerlərin gətirilməsinə ancaq klub sponsorları maliyyəsi ilə icazə verilməlidir. Bunun əvəzinə, limitin ümumiyyətlə aradan götürülməsi gündəmdədir. Limit varkən hələ futbolçu tapılmır, olmasa, yetişdirilməyən yerli futbolçuların heyətdə yer alması necə baş verə bilər?! Ölkədə uşaq-gənclər futbolunun bərbad halda olmasını hər kəs bilir. İnfrastruktur, stadion, baza, adi məşq, oyun meydanları yoxdur, dövlətin ayırdığı subsidiya böyük ölçüdə səviyyəsiz legionerlərə xərclənir. İnkişaf Strategiyası ilə bağlı təkliflər paketində müddəti göstərməklə, yaxın illərdə akademiyası olmayan klubların elitaya buraxılmaması tələbi, 19 yaş daxil futbolçuların heyətdə mövsüm ərzində oynadılması, faiz göstəricilərinə uyğun AFFA tərəfindən klublara bonusların ödənilməsi və s. aktual məqamlar özünü əks etdirib. 3 milyondan hər mövsüm 300 mini akademiya inşasına yönəldilsə, yaxın illərdə, əsasən də bölgələrimizdə müasir tələblərə cavab verən akademiya sayı yetərincə olar. Yeri gəlmişkən, bölgə futbolu sözdə inkişaf etdirilə bilməz. 8 regional federasiya mövcuddur və diqqətdən kənar saxlanılır. Təklif etmişəm ki, hər regionda mərkəzləşdirilmiş 8 akademiya inşa edilsin və minimum klublara ayrılan vəsaitə uyğun bölgələrə maliyyə ayrılsın. Ancaq belə yanaşma ilə ölkə futbolu inkişaf edə, istənilən səviyyəyə çata bilər. Azərbaycan futbolunda ən uğurlu uşaq futbol layihəsi olan "Sabahın ulduzları"ının ölkə çapında tətbiq edilməsi təklifi irəli sürülüb. Düzgün istiqamət götürülərsə, yaxın gələcəkdə yeni-yeni bəhlulların, toralların, elvinlərin, nərimanların, abbasların üzə çıxması, yetişməsi çox zaman almaz!"
Xəbərin oxunma sayı : 979
İdman
Xəbərlər
-
Marketlərdə su qiymətinə satılan farşın tərkibi: Toyuq ayağı, qığırdaq, iç piylər...
-
“Lukoil”da benzin yerinə su vurublar” - Video
-
Polşa viza rejimini sərtləşdirir - Tələbələr və əcnəbi işçilər...
-
Rusiya ilə ABŞ arasında münasibətlər Vaşinqtonun hərəkətlərindən asılı olacaq - Dmitri Peskov
-
Avtomobil bazarında bu maşına tələbat artdı: “Dəmir tabutlar“ın bahalaşma səbəbi budur...
-
İki gündə bank kartlarından 150 min manatdan çox pul mənimsənilib - VİDEO
-
Suriyadakı Rusiya bazalarının taleyini suriyalılar həll etməlidir - Hakan Fidan
-
Tramp NATO-ya şərt qoydu: Ticarət şərtləri pisləşəcək
-
Bağırov polkovnikə yeni vəzifə verdi - Rəis müavini təyin etdi
-
İranda sərnişin avtobusu dərəyə aşıb - 10 hərbçi həlak olub
-
Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub - Tatarıstan rəhbəri
-
Bu ölkədə müxalifət prezidentə “cadu“ etməyə çalışdı: 2 nəfər saxlanıldı
-
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoçlayıb?” - Açıqlama - VİDEO
-
Pakistan ordusunun postuna hücum olub - Ölən və yaralananlar var
-
“ABŞ Silahlı Qüvvələrimizi nüfuzdan salmaq üçün əlindən gələni edir“ - Çin MN
-
İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
-
Bu rayona yeni polis rəisi təyin olundu - Nazirdən ƏMR
-
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - Açıqlama
-
Tünzalə Ağayeva tanımaz halda - FOTOLAR
-
“Qəzza ilə bağlı razılaşma heç vaxt olmadığı qədər yaxındır“ - HƏMAS
-
Leyla Əliyeva Nayrobi məktəbi və tibb mərkəzində - FOTOLAR
-
Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur? - VİDEO
-
8 dərəcə şaxta, yağış, külək - XƏBƏRDARLIQ
-
“Allah canınızı sağ eləsin. Mənə suallar verməyin“ - Zaur Hüseynov
-
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTOLAR
-
Qızıl almaq istəyənlərə xəərdarlıq: Aldadıla bilərsiniz
-
Rusiyanın Kiyevdə vurduğu restoran azərbaycanlı deputatın olub? - FOTOLAR
-
Bələdiyyə seçkilərində indiyə qədər 755 nəfərin namizədliyi qeydə alınıb - Məzahir Pənahov
-
İlon Mask açıqlama verdi, Almaniya qarışdı - deputatlar milyarderi “söyürlər”
-
Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
-
Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi:Mahmudovları videokonfransla dindiriblər
-
Zaqatalada iki nəfər bıçaqlandı - 22 yaşlı gənc tutuldu
-
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO
-
Təhlükəli yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırıldı - VİDEO
-
COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
-
Sabah hava yağmursuz keçəcək, arabir duman olacaq - PROQNOZ
-
Leyla Süleymanlıya cərimə protokolu tətbiq edilib - 192.4-cü maddə
-
Dəm qazı kimi can alan plastik əməliyyatlar - qurbanları artıran səbəblər
-
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
-
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
-
Kolbasa istehsalında 2 min tondan çox artım - Rəqəmlər
-
“Bank işçiləri heç vaxt PİN kod tələb etmir” - DİN-dən çağırış
-
Prezidentin səsləndirdiyi fikirlər dünya mediasının gündəmində - Fotolar
-
Rus ordusunun son sutkadakı itkiləri açıqlandı - SİYAHI
-
“Ciyəraxşamı”ndan sonra kütləvi dava - Yaralananlar var
-
Bakıda ev almaq istəyənlərin nəzərinə - Bu ərazilərdə mənzillərin qiyməti…
-
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
-
Azərbaycanda elektromoillərin batareyalarının təkrar emalı mümkündür? - VİDEO
-
Ərdoğan əsirlikdən azad etmişdi - Zelenski səfir göndərir
-
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı - FOTO
-
Əcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? - Siyahı
-
Aybəniz Haşımova imicini dəyişdi - VİDEO
-
Mbappe Ronalduya görə təəssüfünü bildirdi - “Daha əyləncəli olardı“
-
“Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb“ - Hakan Fidan
-
Rövşən Rüstəmov ABŞ-dan 3 günə bahalı avtomobillər gətizdirib? - ADY-dən açıqlama
-
Ucarda məktəb binasına qaz xətti çəkilib, amma şagirdlər soyuq otaqlarda dərs keçirlər - VİDEO
-
“Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub“ - Orban
-
Maskın vəzifəsi məlum oldu - Narazılıqlar başladı
-
İlham Əliyev Ərdoğana məktub göndərib - TAM MƏTN
-
Bulvarda batma təhlükəsi olan qadın belə xilas olundu - VİDEO
-
“Azercell“ qaydaları pozdu, cəzalandırıldı - QƏRAR
-
Prezident Zaur Hüseynovu vəzifəsindən azad etdi: - Yeni təyinat + DOSYE
-
Bakıda satılan ən ucuz və ən bahalı 1 otaqlı mənzillər - FOTO
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTOLAR
-
Məleykə Əsədovanın uzun yarıqlı və sinə dekolteli geyimi - FOTO
-
Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı - Müdir işdən çıxarıldı
-
Feminist “Yuva“ maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun - VİDEO
-
İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşdi - DİQQƏT
-
Azad edilmiş ərazilərdə 602 nəfərin qalıqları tapılıb - RƏSMİ
-
Bank kartlarından oğurluqlar artır - Fişinq hücumları
-
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxdı - Rəsmi yoxlama materialları yayıldı
-
Hərbçimiz şərti sərhəddə minaya düşüb - MN açıqladı
-
Təhsil Tələbə Krediti Fondunda milyonluq möqsanlar üzə çıxdı - Palata yoxlama faktlarını açıqladı
-
Bakıda daha bir narkotik tədarükçüsü tutuldu - Polis əməliyyatı - Video
-
“Mən Çinlə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm“ - Si Cinpin
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar
-
Bu metro stansiyanın tikintisi dayandırılıb - Pula görə...
-
Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO
-
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
-
Bakıda satılan ən ucuz və ən bahalı 1 otaqlı mənzillər - Fotolar
-
Səbail RMKTB məhkəməyə verildi - 835 minlik vergi borc var
-
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: “Hamamdan təzə çıxmışdım...“ - Şok təfərrüat
-
Daha 70 milyon manat Azərbaycana qaytarıldı - RƏSMİ
-
General-leytenantın polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
“NATO Rusiya ilə müharibəyə hazırlaşır“ - Lavrovun müavini
-
Türkiyə İraqda 11 terrorçunu məhv edib - VİDEO
-
Saray körpüsünün söküntüsünə başlanıldı - VİDEO
-
Həyat yoldaşı Bəşər Əsəddən boşanmaq istəyir - KİV
-
Direktor olmaq istədi, 98 min manatı getdi - TƏFƏRRÜAT
-
Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - Seyidovun müavini oldu
-
Türkiyənin qış möcüzələrini kəşf edin - FOTOLAR
-
Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Bu tarixdə
-
Yeni il şənliyi keçirənlərə xəbərdarlıq - Xüsusi qaydalar
-
Zakir Həsənov Türkiyə nümayəndə heyətini qəbul etdi - FOTO
-
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
-
“İsraillə uzunmüddətli müharibəyə hazırıq” - Husilərin lideri
-
Abituriyentlərə xüsusi aparat satan şəxsə - 3 illik cəza verildi
-
General-leytenant təqaüdə göndərildi - MN-də daha bir dəyişiklik
-
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
-
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb - Qramı 150 manata
-
“Veysəloğlu“nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı - FOTO
-
Sevindik Hətəmov yüksək vəzifəyə gətirlir? - Büdcəyə “kəm baxmayan“ başçının gözqamaşdıran mülkləri...
-
Çinin nüvə arsenalı strateji vəziyyəti əsaslı şəkildə dəyişib - Ağ Ev
-
Ermənistan hökumətindən qayıdış hüququmuza hörmət etməyi tələb edirik - Qərbi Azərbaycan İcması
-
Aİ Ukraynaya 130 milyard avro yardım edib - Ursula fon der Leyen
-
Bakıda bu binada yaşayan 59 ailə təhlükə ilə üz-üzədir - VİDEO
-
“Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir“ - Ərdoğan
-
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
-
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
-
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
-
At arabası ilə yolda qəza törətdi - Məhkəməlik oldu
-
“Demək olar ki, bütün NATO ölkələri Rusiya ilə döyüşür“ - Putin
-
Azərbaycan-Rusiya münasibətləri: Etibarlı tərəfdaşlıq və perspektivlər
-
Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
-
Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir
-
Dövlət başçısı müsahibəsində Ermənistanla olan münasibətlərə toxundu
-
“ABŞ Suriyada hakimiyyətə gələnlərə qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir“ - Blinken
-
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
-
Azərbaycanın D-8-ə üzvlüyü ilə İƏT daha da güclənəcək - ŞƏRH
TOP 10
ARXİV