Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? - FOTOLAR

Tarix 09.01.25, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


 Bakı şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb. 
 
İlginc məqam budur ki, ən ucqar ərazilərdə - yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. 
 
Qlobal.az saytı xəbər verir ki, Nəsimi rayonu Cavadxan 17 ünvanında aparılan "gecəqondu" tikinti işi də hansısa yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir. 
 
Çünki bu ərazidə aparılan tikinti işi normativlərə uyğun deyil. 
 
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib. Yaşayış binalarının arasında olan kiçik həyət sonradan sahibkar tərəfindən zəbt edilib:
 
"Dəfərlərlə dövlət orqanlarına yazmışıq. Məktublarımıza cavab verilmir. Bir ay əvvəl Ekologiya nazirliyindən əraziyə gəlib baxış keçirib getdilər. Bu obyektin yeri əvvəllər kiçik məhlə parkı idi. Yaşlılarımız burada hava alır, söhbətləşir, uşaqlarımız oynayırdılar. Ancaq qəfildən bu tanımadığımız sahibkar ərazini zəbt etdi. Yaşıl ağacları doğrayıb burada əndrabadi bir obyekt tikdi. Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən".
 
Bəs bu tikintini himayə edən kimdir?
 
2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur. 
 
Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır. 
 
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir.
 
İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir. 
 
Yuxarıda qeyd edilın qanunsuz tikintinin aparıldığı Nəsimi rayonunun Cavadxan 17 ünvanı isə Nəsimi RİH Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisidir. 
 
Başçının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Eldəniz Cabbarovdur. 
 
Bu qədər nəzarətedici orqan, səlahiyyətli şəxslər ola-ola Cavadxan 17 ünvanında qanunsuz tikintinin necə aparılması sualı isə açıq qalır...
 









Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap