Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Tramp Qrenlandiyanı almaq istəyir - “Reuters”

Tarix 09.01.25, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı əldə etmək, o cümlədən ABŞ-nin Qərb yarımkürəsində təsir dairəsini genişləndirmək məsələsində ciddidir.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp çətin ki, Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücə əl atsın. Bununla belə, “Reuters”in həmsöhbətləri qeyd edirlər ki, Tramp başqa vasitələrdən istifadə etməyə hazırlaşır - məsələn, Danimarkaya diplomatik və ya iqtisadi təzyiq göstərmək kimi.
İddia edilir ki, 5 noyabr prezident seçkilərində qalib gəldikdən sonra Trampın yaxın ətrafı tərəfindən tərtib edilən xarici siyasət prioritetləri siyahısını görüb və siyahıdakı maddələrdən biri də “Qrenlandiyanın alınması”dır.
Agentlik yazır ki, Tramp ilk prezidentlik müddətində Qrenlandiyanı əldə etmək imkanından qısaca bəhs etsə də, son şərhləri artıq onun istəyinin keçib gedən bir fantaziya deyil, köklü bir istək olduğunu göstərir.
Qeyd edək ki, keçən ilin sonlarında yeni seçilmiş prezident Vaşinqtonun Qrenlandiyaya nəzarət etməli olduğunu bildirmiş, buna cavab olaraq Qrenlandiyanın Baş naziri Mute Egede: “Biz satılmamışıq və heç vaxt da satılmayacağıq”, - demişdi.

Digər tərəfdən, 2019-cu ildə də Amerika mediası Trampın Danimarkanın tərkibində olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazmış, bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq, Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etmişdilər. O zaman Danimarkanın Baş naziri Mette Frederiksen “Qrenlandiyanın qrenlandiyalılara məxsus olduğunu” qeyd etmişdi.



Xəbərin oxunma sayı : 334




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap