Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin”

Tarix 10.01.25, 12:48

Font ölçüsü : - / +
bitmap-img6


Zərdab və Mingəçevirin icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadə məhkəmədə ifadə verib.

“Qafqazinfo”nun məlumatına görə, eks-icra başçısının oğlu hakim qarşısına zərərçəkmiş qismində çıxıb.

Söhbət Babəli Babayevin 2 milyonluq əmlakını dələduzluqla ələ keçirməkdə ittiham olunan  “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimovun cinayət işindən gedir.

İttihama görə, Babəlinin 1 milyon manat vergi olub. Aruzla Ehtiram da ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda təqsirləndirilənlər Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. Bundan sonra Babəlinin onlara etibarnamə əsasında idarə etmə hüququ verdiyi ev və başqa əmlakı satıb pulunu ələ keçiriblər.

Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Deyirlər ki, əmlaklar keçmiş icra başçısının oğlunun istəyi ilə satılıb, pullar öz işlərinə xərclənib.

Fotoda: Lütvəli Babayev

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Babəli Babayev ifadə verib. O, şüşə qəfəsdə əyləşən hər iki müttəhimin onun başına oyun açdığını deyib: “Məlum olduğu kimi mənim vergi borcum var idi. Bu məsələ ilə bağlı Aruzla tez-tez görüşürdüm. Sonra elə oldu ki, məni Türkiyəyə göndərməsinə razılaşdıq. Dedi ki, Ehtiram gələcək əmlakları idarə etmək üçün ona etibarnamə ver. Sonra bildim ki, hər iki əmlak satılıb. 

Azərbaycanda qeyd edilənləri araşdırdım. Dedim ki, heç olmasa evimi geri qaytarın. 600 minlik evim Aruzun adında idi. Ev yoxdur. Gah dedi ki, 900 min manat vergiyə vermişəm, gah dedi ki, nişana vermişəm. Ortada heç bir sübut yoxdur. Soruşuram ki, obyekti hansı notariusda alqı-satqı etdirmisən? Demir. Yaxşı, 570 min manat hanı? Xahiş edirəm, pulu kimə verib desin. Bilmək istəyirəm, 2 milyon manat kimə və ya hara verilib?”

Zərərçəkmişin dedikləri təqsirləndirilən Ehtiram Kərimovu özündən çıxarıb: ”Düz danış, kəfənini əyninə geyinib gəlmişdin. Səni pis vəziyyətdən çıxardıq. Sənə etdiklərim gözündən gəlsin. Tüfeyli kimi hotellərdə qalmışdın. Bir ildir, mən burada girovam”.

Fotoda: Aruz Əliyev

Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimova bu sözlərinə görə Ehtirama xəbərdarlıq edib.

İfadədəsinin sonunda Babəli Babayev başına gələnlərdən sonrakı yaşayışından gileylənib: ”Onsuz da gedən gedib məndən. Ailə qura bilmirəm, rüsvay olmuşam. Bütün həyatım məhv oldu”.

Proses fevralın 6-da davam edəcək. 

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.



Xəbərin oxunma sayı : 271




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap