Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Rəsmi Bakıdan Fransa və ABŞ-a cavab - “Unutmayaq ki, əsl “namərdlik”...“

Tarix 19.12.24, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


“Xanım səfir Ann Buayon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir”.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfiri Ann Buayona cavabında bildirib.

“Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi, görünür ki, yeni üsuldur. Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir.

Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir.

Real göstəricisi isə əslində budur: Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)”, - deyə XİN rəsmisi qeyd edib.

Ayxan Hacızadə, həmçinin ABŞ-nin Azərbaycandakı Səfirliyinə də cavab verib: “Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır.

Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir.

Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun.

Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”.



Xəbərin oxunma sayı : 922




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap