“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Əsədin gizlətdiyi kimyəvi silahlar - YENİ FAKTLAR

Tarix 06.04.25, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 100-dən çox kimyəvi silah anbarı qalıb.

“The New York Times” nəşri Kimyəvi Silahların Qadağan edilməsi üzrə Beynəlxalq Təşkilatın (OPCW) hesablamalarına istinadən yazır ki, bu anbarların sayı Əsədin indiyə qədər etiraf etdiyindən xeyli çoxdur.

Təşkilat bu nəticəyə xarici tədqiqatçılar, qeyri-kommersiya təşkilatları və üzv ölkələrin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında gəlib.

Məlumatda bildirilir ki, Əsəd on ildən artıq müddətdə vətəndaş müharibəsi zamanı üsyançılara və dinc suriyalılara qarşı sarin, xlor və iprit kimi kimyəvi silahlardan istifadə edib.

Müharibənin ilk illərində hökumət kimyəvi silahların istehsalı və saxlanması üçün nəzərdə tutulmuş 27 obyektin mövcudluğunu etiraf edib. Bu obyektlər ekspertlər tərəfindən yoxlanılıb və bağlanması barədə göstəriş verilib.

Bununla belə, Əsəd rejimi 2018-ci ilə qədər kimyəvi silahlardan istifadə etməyə davam edib. Həmçinin, hökumət əsas kimyəvi maddələri, yəni prekursorları idxal edib.

Bəzi kimyəvi silah anbarları mağaralarda və ya peyk şəkilləri ilə aşkar edilməsi çətin olan digər yerlərdə gizlədilə bilər. Kimyəvi silahların düzgün qorunmaması riski çox yüksəkdir. OPCW Əsədi dəstəkləyən silahlı qrupların bu kimyəvi silahları əldə edə biləcəyindən narahatdır.



Xəbərin oxunma sayı : 307




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap