“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Lukaşenkodan məmurlara xəbərdarlıq: “Sevgililərinizi…”

Tarix 06.04.25, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, hakimiyyət idmana dəstək göstərəcək, lakin yatırılan hər bir rubl nəticə verməlidir.

Belraus prezidenti bu sözləri bədən tərbiyəsi və idman təşkilatlarına dəstək məsələsi ilə bağlı keçirilən iclasda deyib:

"Bu pulların hara getdiyini görmək problem deyil. Xahiş edirəm qohumlarınıza, dostlarınıza və sevgililərinizə öz pulunuzla dəstək olun. Klublar öz vəsaitlərini nə dərəcədə ədalətli və qənaətlə idarə edirlər, yoxsa sadəcə olaraq, axmaqcasına istifadə edirlər? Vəsaitlər hansı məqsədlər üçün istifadə olunur? Biz İdman Nazirliyindən milyardlarla rubla başa gələn idman qurğularını istəyəcəyik".

Lukaşenko vurğulayıb ki, Belarus idmanı lazımi dəstəyi alıb və alacaq, lakin o, öz bəhrəsini verməlidir. "İrəliləyiş olmasa, pul da olmayacaq", - deyə dövlət başçısı qeyd edib.

Prezident ilk növbədə komanda idmanında asayişi bərpa etmək üçün nə edildiyini, klublara və federasiyalara gedən dövlət pullarına necə nəzarət edildiyini soruşub. Onun sözlərinə görə, ölkədə müəyyən dəstəkləyici komandalar, məşqçilər və idmançılar sistemi formalaşıb.

"Biz lazımsız hər şeyi atıb, bundan sonra necə yaşayacağımıza qərar verməliyik. Dövlət infrastrukturun yaxşılaşdırılması, üstünlüklərin yaradılması, uşaq idmanı üçün böyük vəsait ayırır. Əgər biz Qərb yolu ilə getsəydik, bu gün ölkədə idman olmazdı", - Lukaşenko bildirib./lent.az



Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap