Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Zaqatala xəstəxənasında nə baş verir? - Direktor işdən çıxarılacaq

Tarix 27.12.24, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB sədrinin növbəti ildə Tamara Nurəliyevayanı vəzifəsindən azda edəcəyi iddia olunur.

Ötən ay Zaqatala Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı 3 uşağın ölümü ilə gündəmə gəlmişdi. 10 gün içində 3 uşağın ölməsi ilə bağlı aidiyyatı qurumların araşdırma başlatdığı bildirildi.

AzFakt.com-a daxil olan məlumata görə, 10 gün içində doğuş zamanı 3 körpənin ölməsi və bununla bağlı araşdırmanın başlaması Zaqatala Rayon Mərkəzi Xəstəxanası direktoru Tamara Nurəliyevayanı çətin vəziyyətə salıb.

Bildirilir ki, Tamara Nurəliyevayanın Zaqatala Mərkəzi Xəstəxanasında idarəetmə sistemini düzgün qurmaması səhiyyə ocağında ciddi problemlər ortaya çıxardıb. Məlumata görə, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanov növbəti ilin əvvəlində Tamara Nurəliyevayanı vəzifəsindən çıxardacaq. Onu əvəz edəcək şəxsin isə ötən ay direktorun inzibati məsələlər üzrə müavini təyin edilən Camal Qardaşov olacağı iddia edilir.

Bildirək ki, Tamara Nurəliyevaya Zaqatala Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat aldıqdan sonra müxtəlif qalmaqallarla mətbuatın gündəminə gəlib. Bu ilin sentyabr ayında xəstəxana direktoru əmək hüquqlarını pozduğu üçün məhkəmə tərəfindən cərimələnib. Həmçinin Nurəliyevayanın düzgün kadr seçimi edə bilməməsi Zaqatala Mərkəzi Xəstəxanasında narazılıqlar yaradıb. Xanım direktorun kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova ilə birləşərək müxtəlif maxinasiyalara yol verməsi ilə bağlı mətbuatda təkzib edilməyən məlumatlar yayılıb.

Məsələ ilə bağlı Zaqatala Mərkəzi Xəstəxanasından mövqe ala bilmədik. 




Xəbərin oxunma sayı : 406




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap