Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Səmyar Abdullayev oğlunu Harvardda oxudur:Gözdən əlillərin pulları hesabına...

Tarix 11.01.25, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


"Cari ildən etibarən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin oğlu ABŞ-ın dünyaca məşhur Harvadrd Universitetində təhsil almağa başlayıb.
 
Aşağı bal yığdığı üçün dövlət proqramından bəhrələnə bilməyən övladını "öz pulu ilə” oxutmağa qərar verən Sənyar Abdullayev, bunun üçün yenə ənənəvi üsuldan istifadə edib. O, gözdən əlil vətəndaşlar üçün nəzərdə tutulan vəsaitləri mənimsəməklə Harvarddakı övladının təhsil problemini həll edib".

Bu ittihamın yer aldığı məqalədə daha sonra yetərincə məntiqli məqamlara da diqqət çəkilir. Yəni hər halda, Səmyar Abdullayevə ulu babalarından xəzinə mirası qalmayıb ki, belə bahalı həyatı təmin edə bilsin...

Göndərilən məqalədə daha sonra deyilir: "Onu da qeyd edək ki, Səmyar Abdullayevin oğlunun illik təhsil haqqı 50 min ABŞ dollarıdır. Bundan başqa, o, dövlət proqramı əsasında təhsil almadığı üçün yataqxana, yemək, nəqliyyat və digər xərclərini də öz qarşılayır ki, bu da hər ay üçün 15-20 min dollar arasında əlavə xərc deməkdir. Bir sözlə, Səmyar Abdullayevin oğlunun bir aylıq təhsil haqqı gözdən əlil vətəndaşlarımıza 70 min dollara başa gəlir. Bu pulun hər qəpiyi əlil vətəndaşlarımızın boğazından kəsilir.

Hüquq-mühafizə orqanlarının bu faktı araşdırmasına ciddi ehtiyac var. Səmyar Abdullayev isə aşağıdakı suallara cavab verməlidir:

1.Oğlunu Harvard kimi məşhur və bahalı universitetdə hansı vəsait hesabına oxudur? Bu qədər böyük pulun mənbəyi nədir?

2.Ona yardım üçün müraciət edən gözdən əlil vətəndaşlara "imkan yoxdur”, "dövlət vəsait vermir”, "mən özüm sizdən də pis yaşayıram” deyən Səmyar Abdullayev necə olur ki, "birdən- birə” oğlunu Harvard kimi universitetdə oxudacaq qədər varlanır?"

Hər halda ortada ciddi və məntiqli suallar var. Gələn dəfə mövzu ilə bağlı daha ətraflı məlumat təqdim edəcəyik... Bizi izləməyə davam edin...(Hurriyyet)
 



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap