Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Azərsun Holdinq“ şəhid atasının torpağını əlindən alıb - Açıqlama

Tarix 11.01.25, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın qida sektorunda aparıcı şirkətlərdən olan "Azərsun Holdinq" məhkəməyə verilib.

AzFakt.com 32Gun.az-a istinadla xəbər verir ki, iddiaçı Hüseynov Ramil Əli oğludur. Onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Fevralın 1-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

İclas hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək. 

32Gun.az məhkəmə çəkişməsinin təfərrüatlarını öyrənmək üçün Ramil Hüseynovla əlaqə saxlayıb. 

Ramil Hüseynov bildirib ki, məhkəmə çəkişməsi "Azərsun Holdinq"un onun icarəsində olan torpaq sahəsini ələ keçirməsi ilə bağlıdır. 

"Biləsuvarda fermer təsərrüfatım var idi. "Azərsun Holdinq" təsərrüfatın yerləşidiyi torpaq sahəsini ələ keçirib. Bu 2019-cu ildə baş verib. Torpaq sahəsi mənim icarəmdə idi. Həmin ildən şirkətlə məhkəmə çəkişməsindəyik.

Əvvəl maddi ziyanın ödənilməsi ilə bağlı tələb qoymuşdum. Amma indi iddia tələbini dəyişdirmişəm. İddiamda qeyd etmişəm ki, "Azərsun Holdinq" mənim hesabıma varlanır. Bu baxımdan, şirkətdən təzminat tələb edirəm. Ya torpaq sahəsini geri verməlidir, ya da 140 min manat təzminat ödəməlidir", - deyə Ramil Hüseynov bildirib.

O, əlavə edib ki, qardaşı Birinci Qarabağ savaşında şəhid olub.

"Əslində, həmin təsərrüfat atama, yəni şəhid atasına aid idi. Təsəvvür edin ki, bu məhkəmə çəkişməsi atamın ömrünü aldı. O, dünyasını dəyişdi. Bu baxımdan, məsələ mənim üçün prisipial əhəmiyyət daşıyır və mən qanunun verdiyi bütün imkanlardan yararlanaraq haqqımı, daha doğrusu şəhid ailəsinin haqqını müdafiə edəcəm", - Ramil Hüseynov vurğulayıb. 

Məsələ ilə bağlı "Azərsun Holdinq"in mövqeyini öyrənmək mümkün olmayıb.



Xəbərin oxunma sayı : 208




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap