Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Cərrah Sənan Mehdiyevin qurbanları: Leyla, Nəzrin, Səbinə, Ülviyyə…

Tarix 11.01.25, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, burun əməliyyatı etdirən Nəzrin Mansurovanın vəziyyəti ağırdır. 30 yaşlı Nəzrin də ölkədəki faciəli plastik cərrahi əməliyyatlardan birinin qurbanı olub və artıq 4 gündür komadadır.

Nəzrin burun çəpərindəki əyriliyə görə əməliyyat olunmuşdu. İndi isə ölümün pəncəsindədir. Onu əməliyyat edən həkim Sənan Mehdiyevdir.

Bu, Sənan Mehdiyevin faciə ilə nəticələnən ilk əməliyyatı deyil. Bu haqda sonra...

Əvvəlcə Nəzrinin başına gələnlər haqda...

NEZRİN.jpeg (53 KB)

Fotodakı Nəzrin Mansurova

Nəzrinin ailəsi iddia edir ki, onun beyninə çirk yayıldığı üçün əməliyyatdan cəmi bir gün sonra vəziyyəti ağırlaşıb. Həkiminə zəng ediblər. Həkim bildirib ki, bu, normal haldır və düzələcək. Nəzrinin vəziyyətinin yaxşı olmadığını görən ailəsi onu özəl klinikalardan birinə yerləşdirib. Həkimlər bildirib ki, Nəzrinin beyni zədələnib. Sonra da Nəzrin komaya düşüb.

Sənan Mehdiyev isə Nəzrinin əməliyyatdan sonra öz ayaqları ilə evə getdiyini, əməliyyatın heç bir yan təsirinin olmadığını deyib.

Qeyd edək ki, bu hadisə ilə bağlı araşdırma başlayıb.

SENAN.jpeg (71 KB)

Fotodakı Sənan Mehdiyev

Həkim Sənan Mehdiyevin ilk qurbanlarından biri 18 yaşlı tələbə Leyla idi. Onun 2015-ci ildəki faciəli ölümü böyük səs-küyə səbəb olmuşdu. Leyla Mürsəlova da burun çəpərindəki əyriliyə görə Sənan Mehdiyevə üz tutmuşdu. Lakin “Starmed” klinikasında baş tutan əməliyyat zamanı Leyla həyatını itirdi.

Leylanın əməliyyat zamanı təzyiqi düşmüşdü. Ona adrenalin vurulmuşdu. Lakin həmin zaman Leylanın ürəyi dayanmış imiş. Onun ölümü ailəsindən 3-4 saat gizlədilmişdi.

LEYLA.jpeg (28 KB)

Fotodakı Leyla Mürsəlova

Araşdırmalardan sonra Leylanın ölümünə səbəb kimi narkozun çox verilməsi göstərilirdi. Əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti pisləşmişdi. Lakin “Starmed” klinikasında reanimasiya otağı olmadığından müdaxilə gecikmişdi. Yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılmışdı. Amma onun həyatını xilas etmək mümkün olmamışdı.

Leylanın ölümündən sonar Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.
Sənan Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirmişdi.

Cərrah Sənan Mehdiyevin daha bir neçə pasiyenti onun əməliyyatından şikayət etmişdi. Səbinə Nağıyeva adlı xanım burun əməliyyatından sonra yaranan fəsadlara görə S.Mehdiyevdən şikayət etmişdi. Sonra həkimlə barışıq əldə etmişdi.

Başqa bir şikayətçi isə Ülviyyə İmanzadə idi. O, şikayətində qeyd edirdi ki, burun əməliyyatından sonra nəfəs almasında problem yaranıb.

Sosial şəbəkələrdə isə Sənan Mehdiyevdən şikayətçi olan onlarla şəxs var. Yazının sonunda S.Mehdiyevin pasiyenti olmuş şəxslərin sosial şəbəkələrdə yazdığı şərhləri təqdim edirik:




Xəbərin oxunma sayı : 451




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap