|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Japarov Azərbaycana niyə gəldi? - TƏHLİL
Tarix 27.04.24, 21:54 |
|
Bu həftə siyasi gündəmdə yaddaqalan hadisələrdən biri də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri oldu.
“Kaspi” qəzeti səfərlə bağlı məqalə dərc edib.
Məqalədə deyilir ki, Sadır Japarovun səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı müzakirələr ikitərəfli əlaqələrin genişləndirilməsi, çoxvektorlu əməkdaşlıq ruhunun gələcək modelləri üçün asan həllərin hazırlanması kimi yadda qala bilər.
18 sənəddəki məzmun
Bildirək ki, səfər zamanı Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalandı. Həmin sənədlərin məzmunlarını ümumi şəkildə təqdim etsək, deyə bilərik ki, onlar iqtisadi-ticari, nəqliyyat əlaqələrinin dinamikası üzrə perspektivi vurğulayır.
Prezident İlham Əliyev həmkarı ilə mətbuata birgə bəyanat zamanı həmin istiqamətləri belə açıqlayıb: “Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik”.
Sadır Japarov isə bildirib: “Danışıqlar əsnasında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələsində iki ölkənin qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olundu”.
Bu bəyanatlar onu deməyə əsas verir ki, tərəflər ikitərəfli münasibətlərdə və beynəlxalq təşkilatlarda bir-birilərinə dəstək ifadə edən məqamların vacibliyini vurğulamaqla yanaşı, geosiyasi mühitdəki daha geniş regional kontekstə nəzər salırlar.
Təhlükəsizlik naminə
Məsələni daha da aydınlaşdırmaq üçün demək lazımdır ki, Qırğızıstan hərbi qüdrət və iqtisadi indekslər baxımından elə də güclü ölkə sayıla bilməz. Amma Bişkekin Türk Dövlətləri Təşkilatındakı (TDT) üzvlüyü ona əlavə iqtisadi və siyasi, geosiyasi dividendlər qazandırır.
Bu vəziyyətin formalaşmasında Azərbaycan və onun strateji müttəfiqi Türkiyə böyük rol oynayır. Bakı-Ankara tandemi müştərək maraqları baxımından Mərkəzi Asiya ölkələrindəki türk dövlətlərini, o cümlədən Qırğızıstanı Qərb-Rusiya-Çin rəqabətinin yarada biləcəyi fəsadlardan əhəmiyyətli dərəcədə qorumağı hədəfləyir.
Buna görə də, Qırğızıstanda TDT kimliyini gücləndirməklə yanaşı, ölkədə siyasi sabitlik, davamlı təhlükəsizlikdə maraqlı olmağı nümayiş etdirmək olduqca əhəmiyyətlidir.
Azərbaycan dövləti İlham Əliyevin timsalında bütün regionlarda sabitlik və təhlükəsizliyə dəstək bəyanatlarını göstərir. Ancaq şiddətlənən qlobal güc konsentrasiyasındakı rəqabət fonunda bir çox region xarici müdaxilələrə açıq məkan olaraq qalmaqdadır.
Qırğızıstanın da siyasi və təhlükəsizlik vəziyyəti həssasdır və o, güc rəqabətinin arasında kritik sıxılmalara məruz qala bilmək riskini itirməyib.
Buna görə də Qırğızıstanda siyasi, iqtisadi və təhlükəsizlik üzrə stabilliyi şərtləndirmək üçün genişmiqyaslı investisiya layihələrinə diqqəti artırmaq zərurəti yaranır.
Elə bu səbəbdən təsadüfi deyil ki, İlham Əliyevlə Sadır Japarov qarşılıqlı iqtisadi-ticari və nəqliyyat sahəsindəki əməkdaşlıqların işığında investisiya portfelləri üzrə mövqelər səsləndirdilər.
Sağlam balans zərurəti
Təbii ki, Mərkəzi Asiya regionunda Çinin iqtisadi rıçaqlarını bərkitməsi diqqətdən kənarda qala bilməz. Pekin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya əhəmiyyətli iqtisadi sərmayələr qoyur və infrastrukturun inkişafı üçün əhəmiyyətli imkanlar təqdim edir.
Bişkek administrasiyası üçün bunun ən son nümunəsi Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Layihəsidir.
İndi üçün Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolu layihəsini həll etmək və əmtəə dövriyyəsinin artmasına imkanlar yaratmaq Bakı-Bişkek xəttində vacib prioritet olaraq görünə bilər.
Beləliklə, Qırğızıstan Azərbaycanla münasibətlər və TDT-dəki təmsilçilik fonunda ölkəni əhəmiyyətli sağlam balansa söykəmək çağırışlarına baxmalıdır.
Bu baxımdan demək olar ki, TDT-nin siyasi nizamı Rusiya-Qərb-Çin arasında çoxvektorlu və çöxölçülü yanaşmasını göstərməkdən çəkinmir. Ona görə ki, regionda Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) də olmaqla, bir çox layihə Çinin geosiyasi imkanlarına diqqəti ayırır. Bu diqqətin artırılması sözsüz ki, Qərb və Rusiyanı maksimum dərəcədə bir-biriləri ilə mübarizə fonunda daha kəskin rəqabətə fokuslayır.
Ancaq Qırğızıstan siyasi elitasında Qərb oriyentasiyasına diqqət ayrılması biristiqamətli iqtisadi asılılığın qarşısını alır, birbaşa və ya dolayısı ilə xarici investisiyaların cəlb edilməsini asanlaşdırır.
Bu mənada TDT-dəki aparıcı qüvvə kimi Azərbaycan Mərkəzi Asiyada qlobal səviyyədə təsirini hiss etdirən potensial hegemon gücləri daha çox iqtisadi formatda sağlam rəqabətə kökləməkdə maraqlıdır.
Hərbi qarşıdurma olmadan aparıla biləcək sağlam rəqabət Mərkəzi Asiya regionuna daxil olan Qırğızıstanı iqtisadi əməkdaşlıq və siyasi oriyentasiya baxımından daha çox TDT-nin təsirlərinə uyğunlaşdırır.
Bu oriyentasiyanın saxlanılması üçün ideoloji-mədəni aspektlərə nəzər yetirmək mütləqdir, buna görədir ki:
- Prezident Sadır Japarovun Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etməsi,
- Bir gün sonra TDT-nin əhəmiyyətini çoxaldan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri qarşılıqlı anlaşmaları təşviq edir.
Nəticə olaraq deyə bilərik ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri həmin dövlətin və Bakının qarşılıqlı gözləntilərindəki profilləri yüksəltməyə xidmət edir.
Bu reallığa uyğun olaraq, Azərbaycanla Qırğızıstanın daha güclü regional əməkdaşlığa əsaslanan təhlükəsizlik axtarışlarını genişlədəcəyini proqnozlaşdırmaq mümkündür.
Xəbərin oxunma sayı : 2149
Analiz
Xəbərlər
-
Ülviyyədən tənqidlərə reaksiya: “Yaxşı eləmişəm“
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Paytaxtda daşınmaz əmlak qiymətləri bahalaşacaq - VİDEO
-
“TikTok“da şantaj olunan qadının nişanı pozuldu, işdən çıxarıldı - VİDEO
-
Velosiped və skuter sürücüləri üçün çəkilən zolaqlar niyə yarımçıq kəsilir? - VİDEO
-
“NATO-nun Baltik dənizində patrul əməliyyatı 90 gün davam edəcək“ - Tusk
-
Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzində mənimsəmə - VİDEO
-
Çin gələcəkdə iqtisadi sahədə ABŞ-ni ötə bilməyəcək - Ceyk Sallivan
-
Vətəndaşların banklardan şikayətləri ən çox nə ilə bağlıdır? - VİDEO
-
Səhiyyə Nazirliyində “Volqa“ əməliyyatı - Dövlətdən 10 min “yeyən“ maşını 3 minə satdıl
-
“Ölkənin “hərbi Şengen”də iştirakı onun neytrallığına zidd deyil“ - İsveçrə Müdafiə Nazirliyi
-
Estetik cərrahlara qadağa qoyuldu - Efirlərə buraxılmayacaqlar
-
Avropanın gələcəyi Putindən asılıdır - Mark Rutte
-
“General“ Mirdaməd Əzizov əslində kimdir? - 26 nəfərə qarşı dələduzluq
-
İşdən çıxarılan ginekoloq Ləman Əliyeva danışıdı - “Sifarişli oyun idi...“
-
Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt 1,2 milyona satıldı - Fotolar
-
Cənub bölgəsinin bəzi rayonlarında işıq olmayacaq - Xəbərdarlıq
-
“Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır“ - Patruşev
-
“Dövlət qurumları və MTK-lar vətəndaşların mülkiyyət hüququnu pozur“ - Şaiq Mirzəyev
-
İrandan Azərbaycana gətirilən bu məhsullarda GMO aşkarlanıb - RƏSMİ
-
Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı - Bakıda qandonduran qətl
-
Tovuzda fəaliyyət göstərən “Nur Klinika”sında pasientlə yarıçılpaq selfie çəkdilər - FOTO
-
“Qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var” - Sergey Lavrov
-
“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
-
Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? - Açıqlama
-
“Kontakt Home“ cərimə edildi - Qanunvericiliyi pozduğuna görə
-
Ali Məhkəmədən mühüm Qərar - Ziyanın ödənilməsi...
-
Xankəndiyə ilk xanım müstəntiq təyinat aldı - Açıqlama
-
Meşədə meyiti tapılan tibb bacısı həkimin xanımı imiş - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Rektor əvəzi öz adını ixtisasartırma kursuna yazıb...” - ADNSU-da nələr baş verir?
-
Əməliyyat zamanı ad günü qeyd edilən cərrah işdən çıxarıldı - QƏRAR
-
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
-
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - “Qış parkı“na görə
-
Valideynlər Səhiyyə Nazirliyinin qarşısında etiraz etdi - VİDEO
-
Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı - FOTO
-
Nazirlik ADY-nin departament rəhbərinin müavininin diplomunu tanımayıb - “Sizə nömrəmi kim verib?“
-
AQTA xəbərdarlıq etdi - Bu qəndləri almayın
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTOLAR
-
Geologiya və Geofizika İnstitutunun şübhəli satınalmaları: “Akademik təsadüf“, yoxsa...
-
Lavrovdan Ermənistana xəbərdarlıq - “Bu, mümkün deyil“
-
Sevinci uşaqlarının yanında öldürən ərinə - 18 il həbs verildi
-
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
-
Unun yeni qiymətləri açıqlandı - CƏDVƏL
-
Kənd Təsərrüfatı Nazirliyində - Yeni təyinat
-
Ərdoğan Akşeneri vitse-prezident təyin edə bilər - KİV
-
Bu rayonlara qar yağacaq, şaxta olacaq - Sabahın havası
-
Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir - RƏSMİ
-
Çin “TikTok“un ABŞ bölməsini İlon Maska sata bilər - “Bloomberg”
-
Hesablama Palatasının nöqsan aşkarladığı Təhsil Tələbə Krediti Fondunu kimlər idarə edir? - FOTO
-
Prezident Əbu-Dabidə açılış mərasimində - Fotolar
-
Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs oludu
-
İsmayıllıda başçısının müavini zəbt etdiyi torpaqda restoran tikib? - FOTO
-
NATO indi hər zamankından daha güclüdür - Bayden
-
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq - QƏRAR
-
Azərbaycan yeni təhsil modelinə keçə bilər? - Açıqlama
-
Zaxarova Baydenə cavab verdi - “Bu etirafdır”
-
Nazirlik plastik cərrahlara müraciət etdi - 17 gün qalıb
-
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - Juninyo
-
Azəraycanda terror aktı hazırlayanlar həbs olundu - “200 min dolları müqabilində ona sui-qəsd edəcəkdilər...“
-
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? - Açıqlama
-
30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? - VİDEO
-
Azərbaycanda qəbiristanlığı olmayan yeganə şəhər - VİDEO
-
Lənkəranda iki balıqçı itkin düşdü - FOTO
-
Salyan sakininin öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO
-
“Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır“ - Bayden
-
AZAL-ın üç təyyarəsi məcburi Gəncədə eniş etdi - Dumana görə
-
Kimlərə aylıq 400 manat veriləcək? - VİDEO
-
“O məxluqlar mənim üçün həyatda yoxdur” - Tünzalə Ağayeva
-
Azərbaycan klubunda maaş qalmaqalı - Qarşılıqlı ittihamlar
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
-
Polisə getmədən qeydiyyata necə düşək? - VİDEO
-
Ağdam, Füzuli və Xocavənddə 30 milyona hansı işlər görüləcək? - TENDER
-
Azərbaycanda bu məhsul bahalaşıb - SƏBƏB
-
TikTok və mərc oyunları: Gəncliyin GİZLİ FACİƏSİ
-
Səfirlik təkzib etdi - Birol Akgün Bakıda deyil
-
Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər - VİDEO
-
“Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil“ - NATO Baş katibi
-
Bu məhsullarda çoxlu sayda GMO aşkarlandı - FOTOLAR
-
Oleq Bakinskinin Ukraynadan çıxarılmasında erməni izi, imzası - ŞOK BİLGİLƏR
-
Aygün özünü görün nə hala saldı... - VİDEO
-
“BTB Bank“ şikayətlərə görə yenə liderdir - SİYAHI
-
Putin və Pezeşkian strateji tərəfdaşlıq sazişi imzalayacaq: Kreml açıqladı
-
Qobustanda restorana basqın edənlər saxlanıldı - VİDEO
-
Avadanlıqların təmiz saxlanmadığı çörək sexi bağlandı - Fotolar
-
Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
-
“Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü olub - FOTOLAR
-
Penisya fondu əlavə 566 milyon manatı haradan toplayıb? - Ekspert bunu yanlış sayır
-
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - Məhkəmə
-
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
-
Tarixin sirlərini yaşadan turizm şəhəri - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
-
“Qarabağ” 22 yaşlı rumını istəyir - 1,5 milyon qiyməti var
-
“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - MƏBLƏĞ
-
Bakı və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Şərifovu bu nazirn qardaşı əvəz edir - Üç müavin vəzifəsi boş qalıb
-
Azərbaycanda gəmilər satışa çıxarılır - QİYMƏTLƏR
-
“400 nəfərin yerinə işləyə bilməzdim axı…” - Abasquliyeva
-
Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...
-
Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - Siyahı
-
“ANKA III” gövdə içindən sursat atışını uğurla həyata keçirib - VİDEO
-
Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılır - RƏSMİ
-
Dağlıq rayonlarda qar yağacaq - Sabahın havası
-
Abşeronda pakistanlı fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
-
Bəxtiyar Hacıyevə hökm oxundu - 10 il həbs
-
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
-
Prezident İlham Əliyev BƏƏ-yə getdi - FOTOLAR
-
Rus ordusu 8 istiqamətdə irəliləyib - “DeepState” yeni məlumatları açıqladı
-
HƏMAS-ın yeni lideri bəlli olub - Məhəmməd Sinvar
-
Pilotlarımız Aktaunu buna görə seçib - Qəza ilə bağlı mühüm DETALLAR
-
“Veysəloğlu“ 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
-
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - DYP
-
Kimlərə ayda 400 manat veriləcək? - Deputat açıqladı
-
Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT
-
“Mən sənətdə olanda sən yox idin“ - Efirdə mübahisə
-
“Türkiyənin hakim partiyasının İcraiyyə Komitəsi yenilənəcək“ - KİV
-
“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı
-
Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı: 3000 ildən çox tarixi var
TOP 10
ARXİV