|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Qərbin öldürücü silahları İrəvana verildi - Cənubi Qafqazda yeni müharibə planları
Tarix 22.08.24, 19:31 |
|
Qərb ölkələrinin Ermənistanı silahlandırması sürətlənib. Yayılan məlumatlar və baş verənlər göstərir ki, Cənubi Qafqazda maraqlar uğrunda mübarizə aparan tərəflər Azərbaycanla sülh danışıqları aparan Ermənistanı silahlandırmaqla bölgədə revanşizmin körüklənməsinə və sülh perspektivinin "dəfn edilməsinə” çalışır.
Ermənistanın silahlandırılmasında diqqətçəkən iki əsas məqam var:
Birincisi, Fransa ilə yanaşı, ABŞ və Almaniya istehsalı olan silahlar da İrəvana çatdırılır.
İkincisi, Fransa-İran, Fransa-Hindistan, Hindistan-İran marşrutu üzrə silah daşınır.
"Caliber”in əldə etdiyi məlumatlar Ermənistanın silahlandırılmasında yeni faktları ortaya çıxarıb.
Məlumatlara görə, bir bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Hərçənd, iyun ayında Fransa və Ermənistan arasında SEZAR-ların verilməsi ilə bağlı müqavilə imzalansa da, bu hərbi texnikanın İrəvana ən azı 1,5 il ərzində çatdırılacağı gözlənilirdi. Bu qədər qısa müddətdə 12 ədəd SEZAR özüyeriyən artilleriya sisteminin Ermənistana verilməsi diqqət çəkir. Məlumatlara görə, Fransa yeni SEZAR-ların istehsalını gözləmədən öz ordusunun arsenalında olan artilleriya qurğularını ermənilərə hədiyyə edib. Bu tələsik addım Ermənistanın müharibəyə hazırlığından xəbər verir.
Bununla yanaşı, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Ermənistan ordusu Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib.
R511 və R530 hava-hava tipli raketləri Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarına quraşdırılmaq üçün nəzərdə tutulur. Ermənistan Su-30 SM qırıcılarını Rusiyadan alsa da, onların raket sistemləri yox idi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Rusiyanı tənqid də etmişdi. Məlumatlara görə, Fransanın R511 və R530 hava-hava tipli raketləri Su-30 SM qırıcılarına quraşdırılacaq. Modifikasiya işi hindistanlı hərbi mütəxəssislərə həvalə olunub.
Ermənistana çatdırılan silahlar arasında Almaniya və ABŞ istehsalı olan silahların olması da diqqət çəkir. Almaniyanın "Panzerfaust” və "Bunkerfaust” raketləri, eləcə də ABŞ-ın "TOW” raketləri Ermənistan silahlı qüvvələrinin arsenalına daxil edilib. Bütün bunlara paralel şəkildə Hindistandan da Ermənistana silahların çatdırılması davam edir.
Silahların çatdırılması prosesində əsas tranzit İrandır. 12 ədəd SEZAR artilleriya qurğusu da daxil olmaqla silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın "Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. İran Fransa ilə yanaşı, Hindistandan Ermənistana daşınan silahların da tranzitini həyata keçirir. Məlumatlara görə, İranın "Bəndər-Abbas” dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Əsas diqqət çəkən məqam odur ki, Ermənistana daşınan silahların bir hissəsi rəsmi şəkildə bəyan edilmir, bir hissəsi isə mülki mallar adı altında qeydə alınır. Bu, beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. Və burada əsas məqam Ermənistanın silahlandırılmasının Azərbaycanın diqqətindən yayındırmaq, məxfi şəkildə həyata keçirməkdir. ABŞ və Almaniya da öz silahlarını məhz Fransa vasitəsilə Ermənistana göndərməklə rəsmi Bakının diqqətindən yayındırmağa çalışır.
Ermənistanın silahlandırılmasına İranın əsas marşrut xətti olaraq seçilməsi Qərb ölkələri və Hindistanın özü üçün yeni problemlər də yaradıb. Məlumatlara görə, İran Fransa və Hindistandan gələn silahları "gömrük yoxlamaları” adı altında saxlayır, bu silahları hissələrə ayıraraq, ətraflı şəkildə öyrənir. SEZAR artilleriya qurğularının məlumatları artıq iranlı hərbi mütəxəssislər tərəfindən əldə edilib. Məlumatlara görə, Fransa İrana hərbi texnikaların sirlərinin əldə edilməsi ilə bağlı xəbərdarlıq edib, lakin Tehran bunu tranzitin "haqqı” olaraq qəbul edilməsini tələb edir. Fransa tərəfi Ermənistanın silahlandırılması naminə hərbi sirlərin İran tərəfindən öyrənilməsinə susur. Təbii ki, bu, təkcə Fransanın yox, ABŞ və Almaniya silahlarının da İran tərəfindən əldə edilməsi, öyrənilməsi deməkdir. Və bəllidir ki, İran Qərbin hərbi sirlərini Yaxın Şərqdə proksi qüvvələrinin də xidmətinə təqdim edəcək. Görünür, Qərb ölkələri Ermənistanın müharibəyə hazırlanması məqsədilə İranın "hərbi casusluğunu” qəbul etməyə məcbur olub.
Bütün bunlar iki faktı ön plana çıxarır.
Birincisi, İranın Azərbaycana qarşı planlarda aktiv şəkildə yer almasıdır.
İyun ayında İran və Ermənistanın 500 milyon dollarlıq silah müqaviləsi bağladığına dair məlumatlar yayıldı. İran tərəfinin təkzibi Bakıda normal qarşılandı, çünki Azərbaycan normallaşma prosesinə sadiqlik nümayiş etdirir və Tehranın da səmimiliyinə inanır. Hərçənd, ortaya çıxan faktlar 500 milyon dollarlıq silah müqaviləsinin real olduğunu göstərir. Qarabağın işğalda olduğu 30 ilə yaxın dövrdə İranın işğalçı Ermənistana dəstək verdiyi məlumdur. 44 günlük müharibə və sonrasında bu dəstək açıq müstəviyə keçdi. İran hətta Ermənistana görə Azərbaycanı təhdid də edirdi. Azərbaycan ictimaiyyətinə İslam ölkəsi olan İranın maraqları naminə dini də, şiəliyi də kənara qoyduğu, lazım olanda şiəlikdən sui-istifadə etdiyi məlumdur. Lakin son normallaşma prosesində İrana müəyyən inam yaranmışdı. Bu faktlar isə Azərbaycan ictimaiyyətində "İranın ağına da, qarasına da lənət” fikrini gücləndirir.
İkincisi, Qərbin Cənubi Qafqazda yeni eskalasiya hazırladığı təsdiq olunur.
Qərbin – ABŞ, Almaniya və Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi bölgədə sülh danışıqlarını bloklayır. Çünki bu silahlar Ermənistanın revanşist yanaşmasını gücləndirəcək və Azərbaycana qarşı hücumlara sövq edəcək. Son həftələrdə Ermənistana verilən silahlar fonunda sərhəddə təxribat hücumlarının intensivləşməsi də təsadüfi deyil. Proseslər bölgədə yeni eskalasiya mərhələsinin yetişdiyini göstərir. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onu silahlandıran ölkələrin üzərinə düşür.
Asif Nərimanlı
Xəbərin oxunma sayı : 1195
Analiz
Xəbərlər
-
Estetik əməliyyatla özünü yenidən yaradan müğənni - Xatirə İslam kimdir?
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Tokayev Şolsla birgə mətbuat konfransına çıxmadı – MÜƏMMA
-
Asif Yusifli AXCP-dən istefa verdi - SƏbəb?
-
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? - Şahin Bağırovun adamı yoxsa…
-
Məktəblərdə qızılcanın yayılmasının qarşısını necə almaq olar? - AÇIQLAMA
-
“İnsanlar rahat səfər edə bilmirlər“ - Pezeşkiandan İslam ölkələri ilə bağlı qınaq
-
Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı - RƏSMİ
-
Uşaq evinin birinci sinifə gedən şagirdlərini məktəbə ahıllar evinin sakinləri apardı - VİDEO
-
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
-
“Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur“ - Tokayev
-
Rumıniyada güclü zəlzələ - Bəzi ölkələrdə də hiss olundu
-
MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərdi
-
Qəbələnin iki kəndində bələdiyyə sədriləri cərimələndi: “İmkanımız yoxdur“
-
Azərbaycanda 1 milyondan çox vergi ödəyicisi var - RƏSMİ
-
“Rusiyanı raketlə təmin etməmişik” - İran lideri
-
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOLAR
-
“ABŞ və Avropa bizi təhdid edir“ - Pezeşkian
-
124 nömrəli məktəbdə nə baş verir? - Müəllimlər direktoru ittiham edir, müavini isə...
-
Blinken İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Gürcüstan və Azərbaycanda orta aylıq əmək haqqı – 155 dollar fərq var
-
“ABŞ Məxfi Xidmətinin daha çox köməyə ehtiyacı var“ - Bayden
-
Xanım sərnişinə “gəl qabaqda yanımda otur...“ dedi, həbs olundu - TƏFƏRRÜAT
-
Qubadlının Mahruzlu kəndində tikilən evlərlə bağlı qalmaqallı iddia yayıldı - FOTO
-
Nazim Bəydəmirli vəkildən imtina etdi - 9 il həbsi tələb olundu
-
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - Temperatur 3-6 dərəcə aşağı enəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Temperatur 3-6 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Yeni deputat əmlaklarını satışa çıxardı: 1.5 milyon və...
-
Sahib Alıyevin qohumu həbs edildi - Saxta sənəd...
-
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı - Paylaşım
-
Azərbaycanın ən çox neft satdığı ölkələr - SİYAHI
-
Sadıkova hər il 5 milyon veriblər - Yeni faktlar açıldı
-
Mənzil, obyekt, yoxsa torpaq? - “Banklar girov götürəndə əmlakdan çox arxasındakı biznesə baxırlar“
-
COVID-in yeni versiyası dünyada sürətlə yayılır - Daha təhlükəli olacağı proqnozlaşdırılır
-
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
-
Azərbaycan Rusiyaya nota verdi - Səbəb?
-
Bu il 187 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb - RƏSMİ
-
100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinənlər saxlanılıblar - VİDEO
-
MSK parlament seçkilərinə yekun vurdu - Deputatların tam siyahısı
-
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq“ - The Economist
-
Xarici ticarətdə müsbət saldo kəskin azalıb – İdxal 14 faiz artıb...
-
Sabah yağış yağacağı gözlənilir - PROQNOZ
-
Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi
-
Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası
-
Sosial şəbəkələrdə olan məlumatları detallı şəkildə araşdırırıq - Rövzət Qasımov
-
“Bizə müharibə elan etsələr...” - Hizbullah İsraili hədələdi
-
Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO
-
Nazir Şuşa məktəbindən paylaşım etdi - Fotolar
-
Bu gün və növbəti günlərdə geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Özünü şəhidin xanımı kimi təqdim etmişdi - Həbs olundu
-
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edildi - FOTOLAR
-
ARB xəbər proqramını efirdən çıxartdı: Əvəzində Ülvira…
-
Dövlət qurumlarına və vətəndaşlara qarşı kiberhücumların sayı kəskin artıb - Xəbərdarlıq
-
İvanişvili osetin xalqından rəsmi üzr istəyəcək - “Gürcü arzusu“ hakimiyyətdə qalarsa...
-
Bakıda kirayə mənzil tapmaq çətinləşir: Qiymətlər necədir?
-
Ortaq türk əlifbasından necə istifadə olunacaq? - VİDEO
-
Trampa sui-qəsddə şübhəli bilinən şəxsin kimliyi açıqlandı - FOTO
-
Şuşada 32 ildən sonra ilk zəng çalındı - Fotolar
-
Bakıda övlad anasının ölümünə səbəb olub? - VİDEO
-
Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir? – Siyahı
-
Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - VİDEO
-
Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - 3 terrorçu zərərsizləşdirildi
-
Azərbaycanda yeni tədris ili başlayır - Bu gündən
-
42 yaşlı Priyanka Çopradan bikini şou - FOTO
-
Bu rayonlarda su kəsiləcək - Xəbərdarlıq
-
Sodanı yatağın altına qoyun – Faydalı məsləhət
-
Trampa qarşı növbəti sui-qəsd cəhdi - Bu dəfə qolf klubunda
-
Özəl klinikalarda müayinələr niyə bahadır? - VİDEO
-
Azərbaycanda ən yüksək əmək haqqını bu sahələrdə işləyənlər alır – Siyahı
-
Netanyahudan xəbərdarlıq:“Hizbullah“la böyük münaqişə qaçılmazdır
-
Cəmi 1 000 ton çay istehsalımız var - Yararlı sahələr artıq əkilmir
-
Azərbaycan əhalisinin gəlirləri açıqlandı – Ayda 582 manat
-
Türkiyə və Misir Liviyaya təzyiq edir: SƏBƏB
-
Premyer Liqa: “Neftçi” “Zirə”yə uduzdu
-
Azərbaycanda nə qədər işsiz var? - Rəqəmlər
-
“Ərimlə barışmaq istəmirəm“ - VİDEO
-
Rusiyalı zabitin oğlu necə Andorra kralı ola bildi? - MARAQLI
-
Azərbaycanda ev telefonları “YOXA ÇIXIR“
-
Baş nazir arvadının geyimlərinə görə işini itirə bilər - FOTO
-
Yerli balığa həsrət qalmışıq: İstehlak statistikadan bir neçə dəfə aşağıdır
-
Azərbaycanlı model bikinidə poz verdi - FOTOLAR
-
Hindistan Ermənistanın “Su-30” qırıcılarını modernləşdirə bilər - “Hindustan Times”
-
Kredit kartları ilə bağlı yeni qaydalar gəlir: Şərtlər vətəndaşların xoşuna gəlməsə...
-
Bakıda evlərində şir saxlayan Bərbərovların acı hekayəsi - FOTOLAR
-
Müdafiə Nazirliyi həftəlik videoicmalını təqdim edib - VİDEO
-
Türkiyənin kəşf edilməyən cənnətləri: Tarixi kəndlər
-
Yerli istehsal xarici istehsala uduzur - Niyə süd və süd məhsullarında idxaldan asılıyıq?
-
Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır? - VİDEO
-
G7 ölkələrindən İrana sərt çağırış - Rusiyaya raket tədarükünü DAYANDIR
-
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış və qar yağacaq - Sabahın havası
-
Azərbaycan da nağdsız ödənişə keçsə... - Hazırlıqlar bitir?
-
Qiymət bahalığına görə internetdən imtina edənlər cərimələnəcək? – RƏSMİ CAVAB
-
Bakıdakı yarışda zəncirvari qəza baş verdi - Fotolar
-
DYP müraciət etdi - Bilik Günü ilə bağlı
-
İlham Əliyev FİA-nın prezidentini qəbul etdi - Müzakirə
-
Avropada böyük daşqın gözlənilir – Ölkələr təcili hazırlaşır
-
Müəllimlərin yerdəyişməsi prosesi “biznes”ə çevrilir? - RƏSMİ CAVAB
-
Prezident “Formula 1”in rəsmilərini qəbul etdi - Fotolar
-
XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım
-
“Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır“ - Bild
-
Türkiyə XİN-dən Bakıya azadlıq təbriki - FOTO
-
İsrail ordusu əmr verdi - Beyt Lahiya şəhərioşaldılır
-
ABŞ Tayvana yararsız silahlar verib - Pentaqon sözçüsü təsdiqlədi
-
Gürcülər və osetinlər arasında müharibəyə görə üzr istəmək üçün özümüzdə güc tapacağıq - Bidzina İvanişvili
-
“Ukrayna sülh planını başqa ölkələr vasitəsilə Rusiyaya verəcək“ - Zelenskinin ofisi
-
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
-
“Rusiya ilə münaqişəyə imkan verməmək məsləhətdir” – Tramp
-
Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...
-
Dollara tələbat artır - Manat ucuzlaşacaq?
-
“Trampın Ukrayna planı Putinin təklifləri ilə eynidir“ - Viktoriya Nuland
-
Bəzi rayonlarda leysan yağacaq, temperatur aşağı düşəcək - Xəbərdarlıq
-
Üç övladı xəstə olan ana fəryad edir: “Əməliyyat üçün gecikirik“
-
MSK iddiaları araşdırdı: “Bu seçki məntəqələrində qanun pozuntuları...“
-
5 azərbaycanlı Çeçenistanda həbs olundu - Müharibə bölgəsinə göndərirlər
-
“NATO 2022-ci ilə qədər Ukrayna üçün hər şeyi etməyib” - Stoltenberq
-
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni “sürprizini“ hazırlayır
-
Bakıda mənzildə köməksiz qalan uşaqlar belə xilas edildi - Video
-
Metrodan istifadə edənlərin sayı artıb - Statistika
-
“ABŞ-nin Yaponiyada raket yerləşdirməsinə cavab veriləcək“ - Sergey Ryabkov
TOP 10
ARXİV