Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Təqaüdçü ər-arvadın adına necə kredit götürülüb? - TƏFƏRRÜAT

Tarix 20.01.25, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Yaşlı ər-arvadın adına gizli şəkildə kredit götürərək oğurluq etməkdə ittiham olunan 27 yaşlı Ələsgər Cabbarlı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ələsgər əvvəllər taksi sürücüsü işləyib.

O, qonşuları olan ər-arvad Əhmədovların evinə gedərək onlara mobil telefonlarına Ramazan bayramı ilə əlaqədar təqaüdçülərə kontur gələcəyini deyib. Buna görə telefonlarına gələcək kodları təsdiq etmələrinin vacib olduğunu söyləyib. Bundan istifadə edərək hər iki şəxsin adından onlayn kredit müraciəti edib. Bankdan gələn görüntülü təsdiqə də yaşlı insanları inandırıb və deyib ki, 10 manatlıq konturun gəlməsi üçün sonuncu mərhələ budur. Hər iki şəxsin adına krediti rəsmiləşdirdikdən sonra öz kartına köçürüb.

O, Əhmədovların adına 4300 və 3400 manat kredit alıb. Ümumilikdə 7700 manatı ələ keçirib.

Ələsgər bu işi necə etdiyini məhkəmədə danışıb:

“Əvvəl adlarına kredit olub-olmadığını soruşdum. Sonra Ramazan bayramı ilə əlaqədar kampaniya olduğunu, təqaüdçülərə 10 manat kontur verildiyini dedim. Onların şəxsiyyət vəsiqəsini və təqaüd kartını aldım. Onlara görüntülü qeydiyyatdan keçməli olduqlarını dedim. Öz telefonumdakı mobil tətbiqlə birini qeydiyyatdan keçirib pulu aldım. İkincini həmin gün ala bilmədim. Səhər bir də qayıtdım. Həm kreditdən xəbərlərinin olub-olmadığını öyrənmək istədim, həm də ikinci krediti götürməyi qərarlaşdırdım. Kreditdən xəbərləri yox idi. İkinci krediti də alıb kartıma göndərdim. Götürdüyüm pulları borclarıma və şəxsi ehtiyaclarıma xərcləmişəm”.

Əməlini etiraf edən Ələsgər Cabbarlı peşman olduğunu, zərəri ödədiyini, zərərçəkmişlərin şikayətinin olmadığını deyərək məhkəmədən bağışlanmasını istəyib.

Qeyd edək ki, Ələsgərin işinin üstü A.Əhmədovun qardaşı oğlunun adına götürdükləri kreditin ödənişi zamanı açılıb.

A.Əhmədovun qardaşı oğlu krediti ödəyən zaman borcun artdığını görüb. Bu işlə maraqlanan zaman onların adına yeni kreditlərin götürüldüyü məlum olub. Bunu Ələsgər Cabbarlının etdiyi də o zaman məlum olub.

Əhmədovlar ailəsi Ələsgəri bağışlayıb.

Məhkəmə Ələsgər barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.



Xəbərin oxunma sayı : 478




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap