Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

326 milyonluq qaçaqmalçılıqda ittiham olunanların məhkəməsi keçirilib

Tarix 17.01.25, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə xüsusilə külli miqdarda qaçaqmalçılıq və digər əməllərdə təqsirləndirilən Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlu barəsində məhkəmə prosesi davam etdirilib.

“Report” məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə baxış iclası keçirilib.

Məhkəmə şahid ifadələri ilə davam edib. Şahid kimi ifadə verən İbrahim İbrahimov bildirib ki, Azərbaycandan xaricə maşınlarla meyvə-tərəvəz ixrac edir. İxrac olunan malları sənədləşdirmək üçün Rusiya Federasiyasında yaşayan qardaşı Cəfər İbrahimov vasitəsilə Elvin Şirinovla tanış olub. Daha sonra Elvin şirinov Zöhrab Hidayətovu işçisi kimi İbrahim İbrahimova təqdim edib.1 il yarım müddət ərzində Elvin Şirinova məxsus şirkət ilə mallar ölkə xaricinə ixrac edilib. Ölkədən çıxan hər maşın üçün Elvin Şirinova nağd şəkildə 150 manat vəsait ödənilib.

Şahid kimi ifadə verən Murad Əsgərov 3 il öncə Zöhrab Hidayətovu tanıdığını qeyd edib. Azərbaycandan ölkə xaricinə göndərilən müxtəlif təyinatlı mallara görə hər maşın üçün Zöhrab Hidayətova 100 manat ödədiyini bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri şahidlərə öz suallarını ünvanlayıblar.

Şahidlərin bir qismi məhkəmədə iştirak etmədiyi üçün məhkəmə fevralın 13-ü saat 16:30-a təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi. Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. Belə maxinasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn, alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlum olub.



Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap