Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə

Tarix 17.01.25, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar sosial şəbəkələrdə bir sıra tanınmış şəxslərin adından dələduzluq əməllərinin törədilməsi barədə tez-tez məlumatlar yayılır.

AzFakt.com xəbər verir ki, əsasən çox izləyicisi olan profillərin sahibləri dostlarına müraciət edərək onların adından hansısa şəxslərin pul istədiyini bildirirlər. Müxtəlif yollara əl atan dələduzlar özlərini həmin hesabların sahibi kimi təqdim edirlər. Onlar hətta tanınmış şəxslərin səsindən və mobil nömrəsinin eynisindən istifadə edirlər.

Beləliklə, vətəndaşlar tora salınır, pul göndərilməsi, təcili kömək edilməsi ilə bağlı xahişlər dərhal yerinə yetirilir. Araşdırmalar göstərir ki, artıq xeyli insan yeni dələduzluq üsulunun qurbanına çevrilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu verdik. Qurumun Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik tərəfindən kibercinayətkarlığın bütün növləri ilə mübarizə çərçivəsində mütəmadi olaraq əməliyyat tədbirləri ilə yanaşı təbliğat, təşviqat, maarifləndirmə işləri də həyata keçirilir: “Buna baxmayaraq, kibercinayətkarlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq vatsap ani mesajlaşma şəbəkəsi vasitəsilə tanınmış, nüfuzlu şəxslərin fotolarından və anket məlumatlarından istifadə edib təcili pul lazım olması adı ilə vətəndaşlara, onların yaxın çevrəsinə zənglər edir, mesajlar yazırlar. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir, virtual nömrələrdən istifadə edilir. Yəni telefonun ekranında əks olunan nömrə ilə həmin şəxsin mobil nömrəsi ilə üst-üstə düşə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, qəti şəkildə pul vəsaitləri verməsinlər.

Belə hallarla üzləşdikləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki “Polisazerbaycan” səhifələrinə məlumat vermələrini xahiş edirik”.









Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap