|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Bir ildə 67 milyonluq tender udan “lal” deputat - ARAŞDIRMA
Tarix 16.01.25, 17:18 |
|
Son zamanlar Azərbaycanda tenderləri udan iri şirkətlərin əksəriyyətinin arxasından ya bir məmur, ya da deputat çıxır. Bu sırada öncül yerlərdən birini tutan şirkət isə "AzəriMed”dir.
AzFakt.com xəbər verir ki, Tribunainfo.az həmin şirkət, onun gerçək sahibi və digər məsələlərlə bağlı araşdırma aparıb.
67 milyonluq tenderləri udan "əjdaha”
"Azəri Med” QSC-ni "tender əjdahsı” saymaq olar. Çünki ölkədə ən çox tender udan, üstəlik, bahalı müsabiqələrin qalibi olub. O ayrı məsələdir ki, şirkət buna necə nail olub.
Fakt odur ki, sözegedən şirkət təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender udub. Əsasən Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin keçidiyi tenderlərin qalibi olan şirkətin elə ən böyük qazancı da buradan olub. Belə ki, "Azəri Med”in ən böyük tenderinin məbləği 30 milyon manat təşkil edib. Həmin tender Milli Onkologiya Mərkəzinin keçirdiyi müsabiqə olub. Müsabiqəyə əsasən "Azəri Med” kimyəvi reaktorlar, avadanlıqlar və digər vasitələr alıb.
Bundan başqa, şirkətin milyonluq tenderlərin qalibi olması faktı isə açıq mənbələrdə də qeyd olunub. Sonuncu belə "əməliyyatlardan” biri isə Naxçıvanda baş tutub. Şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin 1 milyonluq tenderinin qalibi olub.
"Azəri Med”in əsl sahibi kimdir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında, "Azəri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındəğə qeyd edilib. Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Lakin araşdırma zamanı bəlli olub ki, Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib. Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Daha doğrusu, onun əmisi uşaqları olduğu vurğulanır.
Bundan başqa, 2020-ci ilədək "Azəri Med” QSC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Mediada gedən məlumatlara görə, bu ünvanda deputat Kamaləddin Qafarov da qeydiyyatdadır.
Təbii ki, "əl dəyişdirmə”, yəni əmioğlanlarının adını çıxarıb, başqa birini qanunu təmsilçi təyin etmək izi itirmək məqsədi daşıyıb.
MOM-un tenderlərinin "qənimi”
Nəzərinizə çatdıraq ki, deputat Kəmaləddin Qafarov təkcə deputat deyil, həm də Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Elə Milli Onkologiya Mərkəzinin keçirdiyi tenderlərin əsas qalibinin "Azəri Med”in olması da bu işlərdə Qafarovun əlinin olması şübhələrini artırır.
Nəzərinizə çatdıraq ki, Kamaləddin Qafarov V və VI çağırış Milli Məclisin deputatıdır. O, 2015 və 2020-ci illərdə keçirilən parlamen seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilib.
Yuxarıda qeyd edtdiyimiz kimi, Qafarovun olduğu bildirilən şirkət MOM-un 30 milyonluq tenderini birdəfəyə qazanıb. Bunun da səsbsiz yerə olması inandırıcı deyil.
Deputatın daha hansı şirkətləri var?
Bundan başqa, mediada gedən məlumatlardan aydın olur ki, Kamaləddin Qafarovun biznesi "Azəri Med” QSC ilə məhdudlaşmır. "AzeriMed Tibbi Market”, "Zəfəran” apteklər şəbəkəsi və "Zəfəran Hospaital” və "Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, "Shafran”ın da qanuni təmsilçisi deputatın əmisi oğlu Hüsaməddin Qafarovdur.
Xaricə uzanan biznes
Açıq mənbələrdə Kəmaləddin Qafarovun biznesinin təkcə Azərbaycanda deyil, onun hüdudularından kənara çıxdığına dair də çoxlu məlumatlar var. Xüsusən də onun şirkətlərinin Gürcüstanda yayğın şəkildə fəaliyyət göstərdiyi bildirilir.
Bu barədə tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli daha detallı məlumat paylaşıb.
Qanunu pozan millət vəkili
Qeyd edək ki, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Lakin görünən odur ki, bəzi deputatlar üçün qanun vacib deyil. Əks təqdirdə, nə Qafarov, nə də onun kimi daha bir neçə deputat açıq şəkildə bizneslə məşğul olmazdı.
Digər tərəfdən, Kəmaləddin Qafarov qanunverici orqanın təmsilçisidir. Onun qanunlara hörmət etməsi digərlərindən daha çox lazımdır. Bu, həm məsuliyyət, həm də millət vəkili kimi onun borcudur.
Amma məlum olan odur ki, Qafarov qanunu pozanların sırasında ən öndə gedənlərdən biridir.
Qafarov "Lal derutat” ləqəbini niyə qazanıb?
Maraqlı məqamlardan biri də odur ki, Kəmaləddin Qafarov elə dərin istedada və ya güclü siyasi fəaliyyətə malik deyil. Bunu onun iki dəfə seçildiyi deputatlığı zamanı fəaliyyətsizliyi də təsdiq edir. Elə bu səbəbdəndir ki, əksəriyyət Qafarovu "lal deputat” kimi səciyyələndirir.
İkinci maraqlı məsələ odur ki, Kəmaləddin Qafarov ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən və strateji məqsəd daşıyan mövzular barədə də danışmır. Məsələn, AZAL təyyarəsinin terror məruz qalması, dövlət başçısının bununla bağlı əhatəli açıqlama verməsi və fikirlər səsələndirməsi də deputatı silkələməyib. Həmçinin İranda Azərbaycana qarşı təxribat tədbiri barədə də Qafarovun səsi belə çıxmayıb.
Bəzilərində belə bir təsəvvür yaranıb ki, Kəmaləddin Qafarov kimi deputatlar məhz bizneslərini qorumaq üçün mandat almağa çalışıblar. Bu fikirdə olanlar hesab edirlər ki, Qafarov və onun kimilərin missiyası dövlət və onun maraqları deyil, öz biznesləridir. Arqumentləri isə budur ki, ölkə üçün mühüm əhəmiyyət daşıyan hadisələrdə belə susan mandat sahibinə başqa cür yanaşmaq mümkün deyil.
Hərçənd onun başlıca vəzifəsi biznes deyil, dövlətin maraqlarını qorumaqdır ki, Qafarov baş verən mühüm əhəmiyyət daşıyan mövzularda mütləq danışmalıydı. Ağzına su alaraq oturmaq, heç bir hadisəyə münasibət bildirməmək isə deputatlıq deyil, daha çox hadisələrə biganəlik, əhəmiyyət verməmə və ya vecinə almamaqdır.
Meyvə-tərəvəzçilikdən maliyyəçiliyə qədər
Bildirək ki, Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurduqdan sonra, həmin ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub. 1997-ci ildə isə universitetin meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.
Rəsmi qaynaqlarda onun ikinci təhsil aldığı da qeyd edilib. Vurğulanır ki, deputat ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.
Iki ali təhsili olan adamın parlamentdə danışmaması qəribə görünə bilər. Deyək ki, Qafarov maliyyə və kredit sahəsində ikinci təhsil alsa da, biliklərini yetərli qədər əxz etməyib. Bəs, meyvə-tərəvəzçilik və üzümçülük? Heç olmasa, bu adam parlamentdə meyvə və tərəvəzdən, üzümdən, bu sahələrin inkişafından danışsın. Deputat olaraq bir yol göstərsin, təşəbbüslə çıxış etsin, hadisələrə qarışsın. Lakin bunların heç biri nə baş verir, nə də müşahidə olunur. Kəmaləddin Qafarov "lal”lıqdan əl çəkməyəcək kimi görünür.
Tamam, deyək ki, bu mövzularda da fikir bildirmək istəmir. Heç olmasa seçildiyi dairənin seçicilərinin problemlərindən danışsın, onların məsələlərini qaldırsın ki, görsünlən, belə bir deputat var. Axı, adam bunu da etmir?
Bir sözlə, seçicisinin dərdini danışmayan, onun problemlərini qabartmayan, müzakirəyə çıxarmayan, dövlət üçün mühüm hadisələr baş verdiyi halda ağzına su alıb susan, strateji məsələlərə reaksiya verməyən birinin parlamentdə nə işi var? Məgər Milli Məclis "lallar yığıncağı”dır? Parlament danışmaq, müzakirə etmək, təşəbbüslərlə çıxış etmək, ölkənin gələcəyi üçün qanunlar qəbul etmək üçündür. Daha Kəmaləddin Qafarov kimi, "lal deputat” olmaq üçün yox.
Bu imkan niyə yaradılır?
Bütün bunların fonunda üçüncü bir maraqlı məqam daha var. Məsələ odur ki, "lal”, heç bir işə yaramayan, parlamentdə boş yerə yer tutan, bir sözlə "xeyrə-şərə” yaramayan Kəmaləddin Qafarova niyə belə geniş imkanlar yaradılıb? Bəlkə o fenomenal biznes istedadına malikdir? Əgər elədirsə, o zaman mandatını təhvil verib, bizneslə məşğul olsun.
Amma əminliklə qeyd edirik ki, sabah Qafarovun mandatı əlindən alınsa və özünü də MOM-dan çıxarsalar, yaratdığı şirkətlərdən heç biri uğur qazana bilməz. Ən yaxşı halda bir ildən sonra hamısı müflis olar. Elə Kəmaləddin Qafarov özü də bunu yaxşı bildiyindən mandatdan ikiəlli yapışıb.
Yazıda adları keçən şəxslərin, şirkətlərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Xəbərin oxunma sayı : 571
Sosial
Xəbərlər
-
Bu gün məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Klublarımızın qış transferləri: Kim gəlir, kim gedir?
-
Tramp və Si Cinpin arasında telefon danışığı olub - Müzakirə
-
Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO
-
“Caspian Engineering Solutions“ MMC işçilərin maaşlarını vermir - VİDEO
-
Meyvə-tərəvəz bazarında qiymətlər necədir? - VİDEO
-
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü - Hər ay 116 min ödəyəcək
-
Nübar qəsəbəsində partlayış olub - 5 nəfər yaralanıb
-
“Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər“ - Blinken
-
Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı
-
Arayik Harutyunyan Azərbaycan xalqından üzr istədi - “İndi bu bəyanata görə təəssüflənirəm...“
-
“Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir“ - Ərdoğan
-
Krediti ödəmədən bağlamaq mümkündür? - VİDEO
-
Arayik və Vardanyan məhkəmə qarşısında - FOTO
-
“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb
-
ABŞ məhkəməsi “TikTok”la bağlı qərarını verdi - Bloklanır
-
İki milyon manata yaxın mənimsəmə işi: vəzifəli şəxslər hakim qarşısına çıxarılır
-
52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
-
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - “Unisell“ə bağlı müəmma
-
Rusiya və İran arasında saziş imzalandı - Strateji tərəfdaşlıq
-
ABŞ Ukraynada PUA istehsalına gizli investisiya edib - Məxfi səndlər üzə çıxdı
-
Qanunsuz mərc saytı “Betbuta” ermənilərinmiş - FOTOLAR
-
“Bu tarixdən Rusiyaya qatarla getmək mümkün olacaq“ - Sərnişindaşıma bərpa olunur?
-
“Toplum TV“ işi üzrə daha iki nəfər həbs edildi - Məhkəmədən qərar
-
Qripdir deyib keçməyin, 2 nəfər qızdırmadan öldü - VİDEO
-
Yağış intensivləşəcək, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Bəzi ərazilərə qar yağır - Faktiki hava
-
Kobaxidzenin Azərbaycana səfəri BAŞA ÇATDI
-
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
-
İlham Əliyevin İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü oldu - FOTO
-
Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirdi - Fotolar
-
Dollar neçəyə olacaq? - 4 günlük rəsmi məzənnə açıqlandı
-
Ötən ilin 11 ayında nikahların sayı azalıb - Boşanmaların sayı dəyişməyib
-
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
-
“Regionumuzda üçüncü qüvvələrin mövcudluğu yalnız sabitliyi poza bilər“ - Pezeşkian
-
“Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır“ - İrakli Kobaxidze
-
Türkiyənin duz mərkəzi olan, səyyahların heyran qaldığı Çankırı - FOTOLAR
-
Zaur Mikayılov Qubada vətəndaşlarla görüşdü - FOTO
-
“Azərbaycan Dəmir Yolları“ QSC-nin iki departament direktoru işdən çıxarılıb? - Açıqlama
-
“Qəzzada atəşkəs razılaşması ilə bağlı məsələlər həll olunub“ - HƏMAS
-
“Siz elə bir lidersiniz ki, bizim üçün də nümunəsiniz“ - Kobaxidze Prezident İlham Əliyevə
-
Ali məktəbə qəbulda 5 fəndən imtahan nəyə lazımdır? - Deputatdan təklif
-
Pakistan məhkəməsindən qərar - İmran Xan 14 il həbs cəzasına məhkum edildi
-
Şənbə günü intensiv yağış və qar yağacaq - Xəbərdarlıq
-
Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ
-
Hökumət o qaydaları təsdiqlədi... - Ərzaq məhsulları ucuzlaşacaqmı?
-
Prezidentin Kobaxidze ilə təkbətək görüşü keçirildi - Fotolar
-
“Atamgili Kəlbəcərə aparmaq istəyirdim” - icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI
-
“Bakı Abadlıq Xidməti” ölkədən nə qədər pul çıxarıb? - Məhkəmə
-
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
-
Elm və Təhsil Nazirliyi internet çəkilişləri üçün kosmik məbləğ xərcləyəcək - 17,5 milyon manat
-
Son 2 ildə bankların depozit portfeli necə dəyişib? - Tam siyahı
-
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi - MƏHKƏMƏ
-
“Ərdoğandan nüfuzundan istifadə etməsini istədik...“ - Blinken açıqladı
-
“Partlayış səslərinə görə təşvişə düşməyin” - Müdafiə Nazirliyi
-
İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - Yeni təyinat
-
Texniki Baxış Şöbəsinə yeni rəis təyin edildi - KİV
-
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
-
Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək - TENDER
-
Pensiyaların nə qədər artırılacağı məlum oldu - İki ayın artımı bir yerdə veriləcək
-
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib - FOTO
-
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
-
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - Açıqlama
-
SPARK MMC-də tikinti zamanı fəhlə öldü - Cinayət işi açılıb
-
Həkim “terroru“nun qurbanları - Bakı sakinlərinin estetik əməliyyatlarla bağlı fikirləri necədir?
-
326 milyonluq qaçaqmalçılıqda ittiham olunanların məhkəməsi keçirilib
-
İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqlədi - Təfərrüatlar açıqlanıb
-
Bu gün Azərbaycanda “Nürnberq prosesi” başlayır
-
“Mertlə sevgili olduğum üçün pul almamışam“ - Serenay Sarıkaya
-
Ərəblər Salahdan əl çəkmir - Şahzadə şəxsən işə qarışdı
-
Azərbaycanda ən çox onlar qazanırlar - SİYAHI
-
Yeni şagird davranış qaydalarının üstünlükləri nələrdir? - VİDEO
-
“Rabitəbank“ məhkəməyə verildi - “Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə köçürülüb
-
Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı araşdırma başladı - VİDEO
-
“Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə...“ - Türkiyə MN
-
Yevlaxda 6 uşaq anasının qətli - Xəyanətdə, narkomanlıqda günahlandırdı, amma...
-
Azərbaycanda ən çox maaş bu işlərdə verilir - Statistika
-
Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər - Son rəqəmlər
-
Cənubi Koreya Prezidenti həbsdə qaldı - Məhkəmədən qərar
-
43 şəxs cinayət başında yaxalanıb - Müşavirə
-
“Müharibə bu il bitə bilər” - Zelenski
-
Bakıda bu restoranda saxta içkilər verilirmiş - FOTO
-
Yeni Suraxanıda, 316 saylı orta məktəbin yanındakı qanunsuz obyekt inşa edilir - FOTOLAR
-
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
-
Sabah bu ərazidə qaz olmayacaq - Xəbərdarlıq
-
Maliyyə xidmət rəisinə hökm oxundu - MN-dəki mənimsəməyə görə həbs edilib
-
Bu ali məktəbə yeni prorektor təyin olundu - Güldənə Hidayətli kimdir?
-
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - FOTO
-
“Atdığım baltanın ölçüsü nə qədər idi?“ - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
-
“Ermənistanın Zəngəzur dəhlizinə reaksiyası anlaşılmazdır“ - Rusiya XİN
-
Nazir müavini işdən çıxarıldı - Mariana Vasileva kimdir? + DOSYE
-
Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi - RƏSMİ
-
Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
-
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
-
“Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var“ - Ceyhun Bayramov
-
Bir ildə 67 milyonluq tender udan “lal” deputat - ARAŞDIRMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Goranboyda qaçırılan qız evinə qaytarıldı - Açıqlama
-
Atəşkəsin elanından sonra Qəzzada 70-dən çox insan ölüb - KİV
-
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
-
“Tramp müharibəni tez bitirmək istədiyini açıqlayıb“ - Zelenski
-
Gürcüstanın yeni XİN rəhbəri Bakıda - FOTOLAR
-
“Səhlənkarlıqlar ört-basdır edilir“ - İlqar Mikayıloğlu (VİDEO)
-
“Bank Avrasiya“nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
-
1,68 trilyon dollarlıq aktivləri olan - “Franklin Templeton”
-
Özünü öldürən əsgər rəssam imiş - Yeni DETALLAR
-
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
-
Bakıda sahibkarın yarım milyon manata yaxın malları oğurlandı - Bacısı oğlanları saxlanıldı
-
1 ilə 62 milyard manat - Əhali bu pulu nəyə xərcləyib?
-
Muxtar Babayev Ağstafada vətəndaşları qəbul etdi - Fotolar
-
Restoranda döyüb 150 manatını aldı - VİDEO
-
HAMAS razılaşmaya maneə törədir - Netanyahu
-
2024-cü ildə hansı bank nə qədər pul qazanıb? - Siyahı
-
“Azərişıq“ Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO
-
Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb - AQTA
-
Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - Fotolar
-
Abdin Fərzəliyev İlkin Əsədovu özünə müavin gətirir - FOTO
-
HAMAS və İsrail arasında atəşkəs “Fələstinin qələbəsi“dir - SEPAH
-
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Araşdırma aparılır
-
Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO
TOP 10
ARXİV