Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Goranboyda qaçırılan qız evinə qaytarıldı - Açıqlama

Tarix 16.01.25, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


Goranboy rayonunda məktəbli qız evlənmək məqsədilə qaçırılıb.

AzFakt.com xəbər verir ki, Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü qız Safikürd sakini 21 yaşlı Səbuhi Nağıyev tərəfindən qaçırılıb.

Hazırda qızın harada olması ilə bağlı dəqiq məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun bildirdiyinə görə, Goranboyda ailə qurmaq məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Goranboy rayon polis şöbəsinin əməkdaşları hər iki ailənin yaşadığı ünvanda olublar, fakt ətraflı araşdırılıb. 

Daha sonra oğlan və yetkinlik yaşına çatmayan qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliyin tələbləri izah olunub. Hazırda istintaq bölməsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.



Xəbərin oxunma sayı : 598




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap