Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar

Tarix 16.01.25, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Rüşvət almaqda ittiham edilərək həbs edilən sabiq vəzifəli şəxslər növbəti dəfə hakim qarşısına çıxarılacaq. Bəraət alan Dəyanət Atakişiyev və Ayxan Səfərov bu dəfə Ali Məhkəmədə hakim önündə olacaq.

Musavat.com xəbər verir ki, prokuror hər iki şəxs barəsində hökmdən kassasiya protestləri verib.

İşə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə mayın 22-də baxılacaq.

Hər iki şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin əməkdaşları olub. Ayxan Səfərov 6 saylı Beyləqan ərazi idarəsinin sabiq rəisi, Dəyanət Atakişiyev isə Arxiv şöbəsinin sabiq müdiri olub.

Onlar Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almaqda təqsirləndiriliblər.

İstintaq dövründə Ayxan Səfərov və Dəyanət Atakişiyevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham elan edilməklə həbs edilmişdilər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi hər iki şəxsin qeyd edilən ittihamla günhakar olmaması qənaətinə gəlib və onlar barəsində bəraət hökmü çıxarıb. Apelyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb.



Xəbərin oxunma sayı : 670




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap