Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

İpoteka müraciətləri başladı - evlərin qiyməti qalxacaqmı?

Tarix 20.02.25, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


“Armaturun qiyməti qalxdı, mənzil bazarında bahalaşma olacaq”

Azərbaycanda adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılıb. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilib. Qeyd edilir ki, 6-7 fevral tarixlərində adi ipoteka kreditləri üzrə 1 337, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb. Fevralın 7-dən həm də güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətinə start verilib. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət ”sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya “Asan İmza” vasitəsilə həyata keçiriləcək.

Yada salaq ki, bir neçə ay öncə İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edilmişdi. Prezident İlham Əliyevin fərmanına əsasən, fondun nizamnamə kapitalı artırılıb və 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

Bəs hazırda ev bazarında vəziyyət necədir? Evlərin satışında qiymət artımı yaşanırmı? “Yeni Müsavat”ın əməkdaşı real durumu öyrənmək məqsədilə bir neçə maklerlə söhbətləşib. Onlar bildiriblər ki, Bakıda ən bahalı evlər Ağ Şəhərdə satılır. Onların sözlərinə görə, həmin ərazidə bir otaqlı təmirli mənzil 280 minə satılır. Bildirilir ki, Cavanşir körpüsünün ətarfında olan mənzillər də baha qiymətə satışa çıxarılır. Çünki bu ərazilər mərkəz sayılır. “Tarqovı” adlanan ərazidə isə mənzillərin kvadratmetri 7-8 min manatdır. 

Xətai, Suraxanı və "Neftçilər" metrostansiyasının yaxınlığında isə mənzillər nisbətən ucuzdur. İndi evlərin satışında böhran yaşanır, ev alan yoxdur. Bir müddət öncə Rusiya-Ukrayna müharibəsinə görə evlərin satışında fəallıq hiss olunurdu. Ölkəmizə gələn ukraynalılar ev alırdılar. İndi isə onlar geri qayıdıblar deyə mənzil bazarında aktivlik yoxdur. Hazırda alıcılıq çox zəifdir. Belə olan halda qiymətlər necə qalxa bilər? 

Ən ucuz evlər Xırdalanda, Masazırda və Sumqayıtda satılır. Həmin yerlərdə mənzilin kvadratmetri təxminən 900 manata satılır. Masazırda 90 minə 3 otaqlı ev almaq mümkündür. Bu yerlərdə ucuzluq onunla bağlıdır ki, həmin ərazilərin yollarında tıxac olur. Tıxacın dərdindən heç kim Xırdalana getmək istəmir.

Ümumilikdə isə insanların ev almağa çox pulu yoxdur. Hamı qazandığını yeməyə xərcləyir, əlavə pulu yoxdur ki, bir otağını artırsın, yaxud da yeni mənzil alsın.

Zənginlər isə xaricdə ev almağa üstünlük verirlər. Bir də ipoteka ilə ev alanlar var ki, ömürlərinin 25 ilini kredit ödəməyə həsr edirlər. 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, mənzillər daha çox ipoteka yolu ilə satılır deyə tələbat olan yerlərə vətəndaş müraciəti artır. Bu isə mənzil bazarında evlərin qiymətinə təsir edir: “2023-cü ilin dekabr ayında ipoteka resursları bitdiyi üçün o vaxtdan qiymətlərin azalması, düşməsi müşahidə olunurdu. Buna görə də ipoteka müraciətlərinin sayının artması birbaşa qiymətlərə təsir edir. 

Əhmədli, Günəşli, Nizami, Xətai rayonlarına ipoteka müraciətləri daha çoxdur. Ona görə də şəhərin həmin hissələrində evlərin qiymətində artım hiss edilə bilər. 

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanda ev alışına təsiri isə 5-6 faiz idi.  Ən başlıca təsir isə inşaat materiallarının kəskin bahalaşması ilə bağlı olub. 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə inşaat işləri başlayandan sonra armaturun qiyməti təxminən 780 manatdan 1250 manata qalxdı. Digər səbəb isə inşaat normativlərinin sərtləşməsi idi. İnşaat həcmi azaldı, ciddi vegi mexanizmləri tətbiq edildi. Ona görə də bütün daşınmaz əmlak fondu bahalaşmağa başladı.

2006-cı ildə armaturun qiyməti 600 manatdan 1000 manata qalxanda da oxşar hadisə oldu. Tikinti şirkətləri qiymətləri qaldırdılar, daşınmaz əmlakın qiyməti artdı. 

Pandemiyadan sonra vətəndaşların yığım kapitalı azalmışdı. Qiymətlərin artırılması fonunda ipotekalara müraciətlərin sayı 2023-2024-cü ildə həddindən artıq çoxaldı. Çünki vətəndaşın birbaşa almaq üçün yığım kapitalı kifayət qədər deyildi. Ona görə də ipotekalara müraciətlərin sayı 2 dəfə çoxaldı. 2022-2023-2024-cü illərdə aktiv bazar olub".



Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap