Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Tarix 20.02.25, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun “Görüş” adlanan ərazisindən Beyləqan şəhərinə giriş istiqamətində ağacəkmə aksiyası keçirilib. 

AzFakt.com xəbər verir ki, aksiyada Beyləqan RİH-in başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada 500-dən çox sərv ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 

Bildiyimiz kimi, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Beyləqan RİH tərəfindən keçirilən bugünkü ağacəkmə aksiyası da keçiriləcək silsilə tədbirlərin bir hissəsidir. 

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planının icrasından irəli gələrək Beyləqan rayonunda silsilə tədbirlər davam edəcək.








Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap