Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Sahibkarların diqqətinə - Vergi Məcəlləsində dəyişikliklər olacaq

Tarix 20.02.25, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədir və bu prosesə ötən ildən başlanılıb. Yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri vergi qanunvericiliyinin daha anlaşılan olması, sahibkarlıq mühitinin inkişafını dəstəkləyən optimal vergi yükünün müəyyən edilməsi və iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir. 

Bu fikirləri report.az-a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. Xidmət rəisi vurğulayıb ki, yeni Məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək. “Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir”,- deyə o bildirib.

Füzuli rayonunun 11 qayıdış qəsəbəsində içməli su yoxdur - Vüqar Bayramov


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, yeni Vergi Məcəlləsinin hazırlanması Milli Məclisdə  müzakirə olunurdu. Deputat yeni dövrün yeni hədəfləri olduğunu, buna görə də yeni Vergi Məcəlləsinin qəbul edilməsinin məqsədəuyğun olduğunu qeyd edib:

“Milli Məclisdə təkliflərimiz ondan ibarətdir ki, vergiqoymada keyfiyyət meyarlarından istifadə olunsun. Yalnız güzəştlər, yaxud digər vergi tətilləri formasında deyil, konkret keyfiyyət meyarlarına bağlı vergi sisteminin formalaşması, məsələn, gəlir vergisində güzəştlər zamanı istehlakın nəzərə alınması və digər keyfiyyət meyarlarından istifadə etməklə vergi sisteminin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu, həm istehlakı stimullaşdıra, həm də real sektora daha çox vəsaitin daxil olmasına imkan yarada bilər. Bir sözlə, vergi fəlsəfəsində keyfiyyət meyarlarından daha səmərəli istifadə edilməsi yaxşı olardı. Yeni Vergi Məcəlləsinin hazırlanması sahibkarlar üçün də yaxşıdır çünki mütəmadi olaraq Vergi Məcəlləsində dəyişiklikləri müşahidə edirik. Etiraf etmək lazımdır ki, buna ehtiyac var çünki iqtisadiyyatın strukturu, o cümlədən hədəflər, çağırışlar dəyişir. Sözsüz ki, yeni Vergi Məcəlləsi daha strateji yanaşma olacaq. Bu sahibkarlara öz fəaliyyəti proqnozlaşdırmaq və strategiyaya uyğun olaraq qurmaq baxımından vacibdir”.

Deputatın sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə vergi qanunvericiliyi mütəmadi olaraq dəyişir: “Regional dəyişikliklərin ölkələrə və sahibkarlıq subyektlərinə təsirləri olur. Bu, özünü həm də vergi dərəcələrində göstərir. Bütün bunları nəzərə alsaq, yeni Vergi Məcəlləsinin hazırlanması təqdirəlayiqdir”,- deyə V.Bayramov əlavə edib.



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap