“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Səməd Vurğun qədər yaltaq şair olmayıb” - Əlisa Nicat

Tarix 04.02.25, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa, Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb”.

AzFakt.com xəbər verir ki, bunu Lent.az-a müsahibəsində yazıçı Əlisa Nicat deyib.
““Bütün yer üzünün xoş gələcəyi
Hər zövqü, səfası partiyamızdır”. - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar.
Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov (Mircəfər Bağırov - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - yazıçı bildirib.
O, daha sonra Sovet dövrü ədəbiyyatından danışarkən yenidən Səməd Vurğunu tənqid edib:
“Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar, Əbülhəsən “Dostluq qalası” əsərini yazırdı. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam. Hələ Süleyman Rüstəm Mərkəzi Komitəyə şeir yazmışdı.
Mirzə İbrahimovlar, Süleyman Rəhimovlar, Əli Vəliyevlər, Hüseyn Abbaszadələr, Əbülhəsənlər - hamısı cəfəngiyatdır. “Şamo”nu kim oxuyacaq?  Heç kim. Sovet dövründən qalan sadəcə Cəfər Cabbarlıdır”.



Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap