“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir

Tarix 03.02.25, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz etməyə başlayıblar.
 
Bu barədə məlumatı MİA.az saytı yayıb.

Sakinlər iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib: "Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları  yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb".

Sayta fotolar da göndərən sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas "adamı" Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: "Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın. 

Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da "haqqı"nı verib "ədaləti" satın alırlar?

Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar..."

Sakinlər bir neçə gün əvvə dövlət başçısının Balı və ətraf ərazilərin inşikafı ilə baş planın qəbulu ərəfəsində Nizami İcra Hakimiyyətinin bu özbaşınalıqlarını anlaya bilmədikərini deyir: "Bu, cənəb Prezidentə meydan oxumaqdırmı?".
imgimgimgimg







Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap