“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Trampın bu planı özünə qarşı yönələ bilər: Neft bazarı gözləntidə

Tarix 03.02.25, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın yerli neft hasilatını artırmaq planları bazar tendensiyalarına ziddir və şist sənayesində iflas dalğasına səbəb ola bilər.

Musavat.com xəbər verir ki, belə qiymətləndirmə ilə The Wall Street Journal (WSJ) qəzeti çıxış edib.

Qəzet yazır ki, şist neft hasilatı ilə məşğul olan Amerika şirkətləri onun dərəcəsini kəskin şəkildə artırmağa hazırlaşmır, çünki bu, qiymətləri aşağı sala və yeni iflas dalğasına səbəb ola bilər. Eyni zamanda, Tramp dünya bazarında enerji qiymətlərini aşağı salmaq üçün OPEK-i neft hasilatını artırmağa məcbur etmək istəyir. Nəşrə görə, ABŞ-ın təşkilatdakı əsas müttəfiqi olan Səudiyyə Ərəbistanınnın öz büdcəsinin zərərinə gedərək hasilatı kəskin artırması real deyil.

Tramp administrasiyası hesab edir ki, neft qiymətlərinin çökməsi ABŞ-da inflyasiya ilə mübarizə aparmağa və faiz dərəcələrini aşağı salmağa kömək edəcək. Bundan əlavə, Vaşinqton administrasiyasının rəhbəri bu yolla Rusiya və İrana təzyiq etmək niyyətindədir. Lakin neftin qiymətinin 50 dollardan aşağı düşməsi ABŞ-ın neft ixracı imkanlarını ciddi şəkildə azalda bilər: bu qiymətlər şist neft hasilatını səmərəsiz hala gəitrməklə 2020-ci ildə olduğu kimi, istehsalçılar arasında iflas dalğasına səbəb olacaq.

Bundan əvvəl Tramp ABŞ-ın neft hasilatını artırmağı planlaşdırdığını bildirib. Amerika lideri onu da qeyd edib ki, Vaşinqton Ər-Riyad və OPEC-i qiymətləri endirmək, həmçinin OPEC+-a daxil olan Rusiyaya təzyiq üçün hasilatı artırmağa razı salmağa çalışacaq. OPEC ölkələrinin nümayəndələrindən bu açıqlamalara hələlik heç bir reaksiya verilməyib. Tramp həmçinin bildirib ki, ABŞ enerji idxalını sıfıra endirməyə çalışır.

Trampın neft hasilatını artırmaqla qiymətləri endirmək planını treyderlər bazar üçün ciddi təhlükə kimi dəyərləndirirlər. Lakin onun Kanada neftinə 10 faiz rüsum təyin etməsi bu gözləntiləri zəiflədib. Son addımları ABŞ-ın yeni prezidentinin verdiyi vədlərə əməl etməkdə israrlı olduğunu göstərir. Bu, həm də qlobal iqtisadi artımı zəiflətməklə neftə tələbatı azaldacaq və bununla da qiymətləri daha da aşağı çəkəcək addım kimi dəyərləndirilir. Lakin qiymətlərin 50 dollara qədər azalması baş verərsə, ABŞ-dan ixracın düşməsi neft bazarında qiymətləri tənzimləyəcək əsas amilə çevrilə bilər.



Xəbərin oxunma sayı : 637




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap