“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - VİDEO

Tarix 06.04.25, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Ata 13 yaşlı qızı və 11 yaşlı oğlu ilə birgə minaya düşüb. Atanın ayağı amputasiya edilib.

Xezerxeber.az xəbər verir ki, hadisə işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, 42 yaşlı Səbuhi Məmmədov iki azyaşlı övladı ilə birlikdə minalardan təmizlənməmiş əraziyə daxil olub və onlar piyada əleyhinə minaya düşüblər. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar. 

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində də mina partlayıb. Minatəmizləmə agentliyinin əməkdaşı, 34 yaşlı Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sağ ayağı topuqdan amputasiya olunub. Vəziyyəti qənaətbəxşdir.

Onu da qeyd edək ki, Xankişiyev Heydər Əli oğlu şəhid övladıdır. Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir. O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır. Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.





Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap