“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? - Rəqəmlər

Tarix 30.01.25, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Hava Yolları” QSC rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, QSC-nin 2023-cü ildə əsas rəhbər heyətinə 453 min manat əmək haqqı ödənilib. Bu isə 2022-ci ilə nisbətən 2,7% və ya 12 min manat çox olub. Belə ki, 2022-ci ildə AZAL rəhbərliyinə ödənişlər 441 min manat təşkil edib.

Bu isə AZAL-ın işçi heyətinə ödənilən əməkhaqlarının 0,3%-i deməkdir. Belə ki, 2023-cü ildə AZAL işçilərinə ümumilikdə 171,6 milyon manat ödəniş edib. 

Qeyd edək ki, dövlət şirkəti rəsmi səhifəsində idarə heyəti ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” imzaladığı qərardan məlum olur ki, 2023-cü ildə şirkətin idarə heyəti prezident, 2 birinci vitse-prezident və 4 vitse-prezidentdən, yəni 7 nəfərdən ibarət olub. Bu isə o deməkdir ki, AZAL-ın rəhbərliyinin illik gəliri orta hesabla 64,4 min manat təşkil edib. 2022-ci il üzrə isə bu rəqəm 88,2 min manat təşkil edib.

Qeyd edək ki, AZAL-ın hazırkı prezidenti Samir Rzayev 2022-ci ilin fevral ayında vitse-prezident, 2022-ci ilin noyabr ayında isə birinci vitse-prezident təyin edilib. 2023-cü ilin sentyabr ayında Cahangir Əsgərov vəzifədən uzaqlaşdırıldıqdan sonra prezident vəzifəsini icra edib. 2024-cü ilin fevral ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən QSC-nin prezidenti təyin edilib.



Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap