“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Yeni Dövlət Proqramı nəqliyyat infrastrukturunun daha da müasirləşməsini təmin edəcək

Tarix 30.01.25, 7:28

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Dövlət başçıcı həmin müşavirədə nəqliyyat sahəsində Azərbaycanın uğurları ilə bağlı bir çox məsələlərə toxundu. Əsasən Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişaf perspektivləri müzakirə olunub, böyük infrastruktur layihələrinin icra edildiyi bildirildi.
      
Cənab Prezidentin qeyd etdiyi kimi, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rola toxundu.  Həqiqətən də coğrafi mövqeyimizdən səmərəli istifadə edirik və beynəlxalq nəqliyyat dəhlizləri məhz Azərbaycanın ərazisindən keçir ki, bu da ölkəmizin regionda, ümumiyyətlə, dünyada əhəmiyyətini daha da artırır.
      
Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat infrastrtukturunda əldə olunan uğurlu nəticələri rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi  ki,  son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.
      
Dəmir yolu infrastrukturuna gəldikdə  1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. O da qeyd edildi ki, son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib.
      
Qeyd edilib ki, görülmüş tədbirlər nəticəsində Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Azərbaycanın nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Belə ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Daim çıxışlarında ölkəmizin tranzit imkanlarından, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən geniş bəhs edən cənab İlham Əliyev bu reallığı xüsusi qeyd edir ki, bu sahəyə qoyulmuş vəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.
      
Cənab Prezident görüləcək işlər barədə də kifayət qədər geniş məlumat verdi. Məsələn, Sumqayıt-Yalama dəmir yolunun tikintisi ilə bağlı işlərin böyük bir hissəsi həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi, 10 yeni metro stansiyası tikiləcək. Bakıda və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı yeni Dövlət Proqramı qəbul ediləcək. Düşünürəm ki, Dövlət Proqramının qəbul olunması Bakı şəhərində tıxacların azalmasına, eyni zamanda, nəqliyyat infrastrukturunun daha da müasirləşməsinə xidmət edəcək.

Vüsalə Həsənova



Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap