“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Baş həkimi 10 min maaş alan xəstəxanada QALMAQAL:Pozuntular əvvəlki rəhbərindir

Tarix 29.01.25, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Əmək Müfəttişliyi Xidməti “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin direktoru Elçin Rəfiyevi 1500 manat cərimələyib. Direktor bundan narazı qalaraq bütün məhkəmə instansiyalarına müraciət edib. O, yaranmış problemin əvvəlki rəhbərliyin dövrünə aid olduğunu bildirir.

Musavat.com xəbər verir ki, Elçin Rəfiyev İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə cərimələnib.

Aparılmış araşdırma ilə Naxçıvan Sağlamlıq Mərkəzində 31 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalarının təmin edilmədiyi aşkar edilib.

Elçin Rəfiyev bu cərimə cəzasından narazı qalıb. Buna görə də məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. Naxçıvan Şəhər Məhkəməsi həkimin şikayətini təmin etməyib. Həkim bundan sonra Naxçıvan Ali Məhkəməsinə üz tutub. Ali Məhkəmə də həkimi haqlı hesab etməyib.

Elçin Rəfiyev deyir ki, “Naxçıvan Sağlamlıq Mərkəzi” direktorunun inzibati işlər üzrə müavini vəzifəsinə çalışıb. 2024-cü ildə isə müvəqqəti olaraq direktor vəzifəsini icra edib. Direktor vəzifəsini icra edən zaman ona cərimə yazılıb.

“Həmin vaxt yeni təyin olunmuşdum. Buna görə məndən öncəki pozuntulara görə cavabdehlik daşıya bilmərəm. Direktor əvəzi olan kimi pozuntuları dərhal aradan qaldırmağa çalışmışam. Mərkəzdə baş mühasiblik ştatı boş idi. 2024-cü il oktyabrın 1-də Həmzə Həmzəyevi baş mühasib vəzifəsinə təyin etdim. 3 gün kimi qısa bir müddətdə bütün işçilərin icbari sığortalarının yoxlanılması və təyin edilməsi qeyri-mümkün idi. Nəzərdə tutulan 31 nəfər işçidən 15-i rezident olub. Rezidentlər də ştatdan kənar işə götürülmüşdülər. Onların aylıq əmək haqları və digər ödənişləri Naxçıvan Dövlət Universiteti tərəfindən ödənilirdi. Ödənişlərlə bağlı məlumat bizə 18 noyabrda daxil olub. Bu səbəbdən adı keçən 15 işçinin ödənişləri bir qədər gecikdi. Digər 16 işçinin sığortalarının təmin edilməsinin məsuliyyəti isə məndən əvvəlki rəhbər daşıyıb. Mən vəzifəyə təyin olunduğum andan rastlaşdığım bütün hüquq pozuntularını aradan qaldırmağa çalışmışam. Mən vəzifəyə təyin olunandan 8 gün sonra belə bir akt tərtib edilib”.

Elçin Rəfiyev bildirib ki, vəzifəyə təyin edilikdən sonra qısa bir vaxtda bütün işçilərin sığorta ödənişlərinin ödənilməsini təmin edib. 

Qeyd edək ki, Mərkəzin əvvəlki direktorunun Əli Orucov olduğu bildirilirdi. Əli Orucov mətbuatda 2023-cü ildə 10 min manat maaş alması ilə gündəmə gəlmişdi.



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap