Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Gürcüstan-Azərbaycan sərhədi açılır: Qatarla kimlər səfər edə biləcək?

Tarix 19.02.25, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınmasının mayın 1-dən bərpa oluna bilər. Bu barədə qonşu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Gürcüstanın Baş nazirinin I müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş keçirib. 

Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, əsas istiqamətlər, gələcək prioritetlər, cari layihələr barədə fikir mübadiləsi aparıblar. Amma  məlumatda qatardan hansı ölkənin sərnişinlərinin istifadə etməsinə dair fikir bildirilməyib.

Azərbaycan vətəndaşlarını maraqlandıran bir sual var, onlar qatarla Gürcüstana gedib-gələ biləcək? Yəni, Gürcüstan vətəndaşı olmayanlar da bu qatardan istifadə edə biləcək? 

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bütövlükdə razılaşma təqdim olunduqdan sonra konkret olaraq kimlərin bu xidmətdən istifadə etməsi bəlli olacaq:

"Hər iki ölkə vətəndaşlarının dəmir yol xidmətindən istifadəsini məqsədəuyğun hesab edirik. Nəzərə alsaq ki, hələlik qaydalar bəli  deyil. Ona görə hər hansı bir qaydanın izahatını təqdim etmək doğru olmaz. Bütün hallarda qaydalar bəlli olduqdan sonra bu istiqamətdə müzakirələrin aparılması mümkündür”. 

Vüqar Bayramov hesab edir ki, Gürcüstana səfər etmək istəyən azərbaycanlıların sayı çoxdur:
 
"Ona görə uyğun imkanın hər iki ölkə vətəndaşları üçün yaradılmasını məqsədəuyğun hesab edirik. Bu, birmənalı şəkildə ölkələr arasında turizmin inkişafı baxımından vacibdir. Həm gəlmə turizmə, həm də xaricə getmək istəyən Azərbaycan vətəndaşlarının Gürcüstana, yaxud da Gürcüstan üzərindən digər xarici ölkəyə səfərlərini asanlaşdırılmasına xidmət edə bilər. Bu konteksdən dəmir yol xəttinin istifadəyə verilməsi Bakı-Tifilis arasında dəmir yol nəqliyyatından istifadə olunması ilə bağlı müzakirə və razılaşma təqdirəlayiqdir. Bu bütövlükdə ölkələr arasında münasibətlərin daha da dərinləşməsini təşviq edəcək".

İqtisadçı ekspert Natiq Cəfərli də vurğulayıb ki, hər iki ölkənin vətəndaşları aktiv şəkildə iştirak edə biləcəklər:

"Gürcüstan tərəfinin marağındadır ki, Azərbaycan vətəndaşları istifadə etsin, daha çox turist gəlsin. Gürcüstan vətəndaşları Azərbaycana gəldikdən sonra öz ölkələrinə quru sərhədlərlə keçə bilirlər. Yəni qatar yolu açılsa, hər iki ölkənin vətəndaşlarının birgə gediş-gəlişi üçün istifadə olunacaq".



Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap