Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Ceyhun Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü - FOTO

Tarix 18.11.24, 19:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfər edən ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

AzFakt.com xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və ATƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, regional vəziyyət, habelə COP29 çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər ölkəmiz ilə ATƏT PA arasında intensiv dialoqun mövcudluğunun məmnunluq doğurduğunu, parlament diplomatiyasının, o cümlədən bu çərçivədə qarşılıqlı səfərlərin ümumi maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

İqlim dəyişikliyi təhdidinin insan təhlükəsizliyi və dayanıqlı inkişafa hədə olduğu, iqlim dəyişikliyinin bölgəmizdə və dünyamızda müşahidə olunan fəsadlarının aradan qaldırılması səylərinin gücləndirilməsi və bu istiqamətdə ən həssas qrupların dəstəklənməsinin COP29 sədrliyimizin prioriteti olduğu bildirilib.

Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində əldə olunan bir sıra uğurların, xüsusilə sessiyanın gündəliyinin ilk gündən razılaşdırılması, Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə edilməsi və maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılmasının məmnunluq doğurduğu qeyd edilib.

Qarşı tərəf, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın hərbi işğalının nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə regional sülh prosesinin gedişatı barədə məlumatlandırılıb.

Vitse-prezident COP29 sədrliyi münasibətilə ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. ATƏT çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə səylərinə əhəmiyyət verildiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 523




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap